Əsas Səhifə > Dünya > Suriyada sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb

Suriyada sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb


26-05-2018, 08:22
Suriyada sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb
Suriyada sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb.

Trend-in məlumatına görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko brifinq zamanı deyib.

Y.Yevtuşenko bildirib: "Ötən sutka ərzində Xoms əyalətinə öz evinə 216 nəfər, Şərqi Qutada 134 nəfər öz evinə qayıdıb".

Onun sözlərinə görə, Rusiya hərbi həkimləri sutka ərzində 63-ü uşaq olmaqla 108 nəfərə tibbi yardım göstərib.

Geri qayıt