Suriyada sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb
Tarix: 26-05-2018, 08:22 |
Çap et
Suriyada sutka ərzində 300-dən çox insan öz evinə qayıdıb.
Trend-in məlumatına görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko brifinq zamanı deyib.
Y.Yevtuşenko bildirib: "Ötən sutka ərzində Xoms əyalətinə öz evinə 216 nəfər, Şərqi Qutada 134 nəfər öz evinə qayıdıb".
Onun sözlərinə görə, Rusiya hərbi həkimləri sutka ərzində 63-ü uşaq olmaqla 108 nəfərə tibbi yardım göstərib.