Əsas Səhifə > Dünya > Ermənistan Azərbaycandan qorxduğunu rəsmən bəyan etdi:

Ermənistan Azərbaycandan qorxduğunu rəsmən bəyan etdi:


8-06-2018, 09:06
Ermənistan Azərbaycandan qorxduğunu rəsmən bəyan etdi:
Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına qarşı çıxacaq. Modern.az saytının məlumatına görə, bu haqda “Kommersant”a müsahibəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

O qeyd edib ki, Azərbaycan Ermənistanı bloklayan bir ölkədir.

“Ermənistana və ermənilərinə qarşı dünyada istifadə olunan terminologiyaya baxın. Avrasiya İqtisadi İttifaqı isə əməkdaşlıq üçündür”-deyə Mnatsakanyan bildirib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan ittifaqın üzvləridir.

Geri qayıt