Ermənistan Azərbaycandan qorxduğunu rəsmən bəyan etdi: - “Bizi bloklayırlar”
Tarix: 8-06-2018, 09:06 |
Çap et
Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına qarşı çıxacaq. Modern.az saytının məlumatına görə, bu haqda “Kommersant”a müsahibəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.
O qeyd edib ki, Azərbaycan Ermənistanı bloklayan bir ölkədir.
“Ermənistana və ermənilərinə qarşı dünyada istifadə olunan terminologiyaya baxın. Avrasiya İqtisadi İttifaqı isə əməkdaşlıq üçündür”-deyə Mnatsakanyan bildirib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan ittifaqın üzvləridir.