Əsas Səhifə > Dünya > Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub


7-08-2018, 08:53
Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı Türkiyə prezidenti həmkarına sui-qəsd cəhdi ilə əlaqədar narahatlığını bildirib.

Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan insident nəticəsində yaralanan Venesuelanın Milli Qvardiya hərbçilərinin tezliklə sağalmalarını diləyib.

Geri qayıt