Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub
Tarix: 7-08-2018, 08:53 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, telefon danışığı zamanı Türkiyə prezidenti həmkarına sui-qəsd cəhdi ilə əlaqədar narahatlığını bildirib.
Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan insident nəticəsində yaralanan Venesuelanın Milli Qvardiya hərbçilərinin tezliklə sağalmalarını diləyib.