Əsas Səhifə > Dünya > Misirin müdafiə naziri Rusiyaya səfərə gəlir

Misirin müdafiə naziri Rusiyaya səfərə gəlir


20-08-2018, 08:23
Misirin müdafiə naziri Rusiyaya səfərə gəlir
Misirin müdafiə və hərbi sənaye naziri Məhəmməd Əhməd Zaki Rusiyaya rəsmi səfərə gəlir.

Trend-in məlumatına görə, nazirin Misir silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Rusiyaya səfəri bir neçə gün davam edəcək.

Səfər zamanı Məhəmməd Əhməd Zaki Misir-Rusiya birgə hərbi komissiyasının beşinci iclasında və "Armiya-2018" hərbi-texniki forumunda iştirak edəcək.

Geri qayıt