Misirin müdafiə naziri Rusiyaya səfərə gəlir
Tarix: 20-08-2018, 08:23 |
Çap et
Misirin müdafiə və hərbi sənaye naziri Məhəmməd Əhməd Zaki Rusiyaya rəsmi səfərə gəlir.
Trend-in məlumatına görə, nazirin Misir silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Rusiyaya səfəri bir neçə gün davam edəcək.
Səfər zamanı Məhəmməd Əhməd Zaki Misir-Rusiya birgə hərbi komissiyasının beşinci iclasında və "Armiya-2018" hərbi-texniki forumunda iştirak edəcək.