Əsas Səhifə > Dünya > Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib
Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib21-09-2018, 08:23 |
Birləşmiş Ştatlar Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Təlim və Təchizat Departamentinə qarşı sanksiyalar tətbiq edib. Qadağalar onun rəhbəri Li Şanfuya da şamil olunub. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. "Biz bu addımı ona görə atdıq ki, Çin 2017-ci ilin dekabrında, artıq CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") qüvvəyə mindikdən sonra "Suxoy" şirkətindən 10 qırıcı və məhz "Su-35" alıb. Onlar həmçinin cari ilin yanvar ayında bir neçə "S-400" sisteminin alışını reallaşdırıblar", - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib. O qeyd edib ki, sövdələşmələr Çin tərəfi ilə hazırda ABŞ-ın sanksiya siyahısında olan "Rosoboroneksport" arasında aparılıb. Amerikalı mənbə bunlarla yanaşı bəyan edib ki, bu sanksiyaların son məqsədi Rusiyaya təzyiq göstərmək, "pisniyyətli fəaliyyəti"nə görə onu cəzalandırmaqdır. Geri qayıt |