Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib
Tarix: 21-09-2018, 08:23 |
Çap et
Birləşmiş Ştatlar Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Təlim və Təchizat Departamentinə qarşı sanksiyalar tətbiq edib. Qadağalar onun rəhbəri Li Şanfuya da şamil olunub.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
"Biz bu addımı ona görə atdıq ki, Çin 2017-ci ilin dekabrında, artıq CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") qüvvəyə mindikdən sonra "Suxoy" şirkətindən 10 qırıcı və məhz "Su-35" alıb. Onlar həmçinin cari ilin yanvar ayında bir neçə "S-400" sisteminin alışını reallaşdırıblar", - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.
O qeyd edib ki, sövdələşmələr Çin tərəfi ilə hazırda ABŞ-ın sanksiya siyahısında olan "Rosoboroneksport" arasında aparılıb.
Amerikalı mənbə bunlarla yanaşı bəyan edib ki, bu sanksiyaların son məqsədi Rusiyaya təzyiq göstərmək, "pisniyyətli fəaliyyəti"nə görə onu cəzalandırmaqdır.