Əsas Səhifə > Dünya, Güney Press > Ermənistan sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır
Ermənistan sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır10-10-2018, 10:07 |
Ermənistan regionda sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib. B.Yıldırım bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir. Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb, rəsmi Yerevan bu təklifə məhəl qoymur. Geri qayıt |