Ermənistan sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır - Binəli Yıldırım
Tarix: 10-10-2018, 10:07 |
Çap et
Ermənistan regionda sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır.
Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib.
B.Yıldırım bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir.
Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb, rəsmi Yerevan bu təklifə məhəl qoymur.