Əsas Səhifə > Dünya > Makron Səudiyyəyə siyasi səfərləri dayandırıb
Makron Səudiyyəyə siyasi səfərləri dayandırıb19-10-2018, 10:11 |
Fransa prezidenti Emanuel Makron Almaniya, Britaniya və Hollandiya ilə həmrəy olaraq Səudiyyə Ərəbistanına siyasi səfərləri dayandırıb. SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə prezident Emanuel Makronun özü bildirib. Blomberg-in məlumatına görə Emanuel Makron ötən gün Brukseldə keçirilən toplantı zamanı bildirib ki, o “jurnalist Camal Kaşıkçının itməsi məsələsi haqda açıqlamaları gözləyir.” Fransa prezidenti əlavə edib ki, “mövcud vəziyyətdə biz bəzi səfərləri və görüşləri o cümlədən siyasiləri dayandırmışıq” Qeyd edək ki, ötən gün Almaniya, Hollandiya və Britaniyanın ticarət və xarici işlər nazirləri Səudiyyə Ərəbistanında keçiriləcək iqtisadi konfransa qatılmayacaqlarını bildirmişdilər. Geri qayıt |