Makron Səudiyyəyə siyasi səfərləri dayandırıb
Tarix: 19-10-2018, 10:11 |
Çap et
Fransa prezidenti Emanuel Makron Almaniya, Britaniya və Hollandiya ilə həmrəy olaraq Səudiyyə Ərəbistanına siyasi səfərləri dayandırıb.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə prezident Emanuel Makronun özü bildirib.
Blomberg-in məlumatına görə Emanuel Makron ötən gün Brukseldə keçirilən toplantı zamanı bildirib ki, o “jurnalist Camal Kaşıkçının itməsi məsələsi haqda açıqlamaları gözləyir.”
Fransa prezidenti əlavə edib ki, “mövcud vəziyyətdə biz bəzi səfərləri və görüşləri o cümlədən siyasiləri dayandırmışıq”
Qeyd edək ki, ötən gün Almaniya, Hollandiya və Britaniyanın ticarət və xarici işlər nazirləri Səudiyyə Ərəbistanında keçiriləcək iqtisadi konfransa qatılmayacaqlarını bildirmişdilər.