Əsas Səhifə > Dünya > ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq
ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq18-11-2018, 09:54 |
ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı "ətraflı hesabat" dərc edəcək. “Report” TASS-a istinadən xəbər verir ki, Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib. Siyasətçi bildirib ki, hesabatda bunu [jurnalistin qətlini kimin törətdiyi] kimin etdiyi öz əksini tapacaq. Bundan əvvəl “Vaşinqton post” qəzeti Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazıb. Geri qayıt |