ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq
Tarix: 18-11-2018, 09:54 |
Çap et
ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı "ətraflı hesabat" dərc edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib.
Siyasətçi bildirib ki, hesabatda bunu [jurnalistin qətlini kimin törətdiyi] kimin etdiyi öz əksini tapacaq.
Bundan əvvəl “Vaşinqton post” qəzeti Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazıb.