Əsas Səhifə > Dünya > Venesuelada hindular qvardiya generalını əsir götürüblər

Venesuelada hindular qvardiya generalını əsir götürüblər


23-02-2019, 09:37
Venesuelada hindular qvardiya generalını əsir götürüblər
Venesuelada pemon xalqının hinduları Braziliya ilə sərhəd yaxınlığında ölkə Milli Qvardiyasının generalı Xose Migel Montoyu əsir götürüblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın deputatı Ameriko de Qarsiya "Twitter"də yazıb.

"Daha bir pemon (xalqın nümayəndəsi) Kumarakapayda vəfat edib. Digər üçü ağır yaralıdır. Yerli sakinlər Milli Qvardiyanın generalı Xose Migel Montoyu əsir saxlayırlar", - deyə Qarsiya bildirib.

Geri qayıt