Venesuelada hindular qvardiya generalını əsir götürüblər
Tarix: 23-02-2019, 09:37 |
Çap et
Venesuelada pemon xalqının hinduları Braziliya ilə sərhəd yaxınlığında ölkə Milli Qvardiyasının generalı Xose Migel Montoyu əsir götürüblər.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın deputatı Ameriko de Qarsiya "Twitter"də yazıb.
"Daha bir pemon (xalqın nümayəndəsi) Kumarakapayda vəfat edib. Digər üçü ağır yaralıdır. Yerli sakinlər Milli Qvardiyanın generalı Xose Migel Montoyu əsir saxlayırlar", - deyə Qarsiya bildirib.