Əsas Səhifə > Dünya > ABŞ Konqresinə Türkiyəyə F-35 satışının qadağan edilməsi barədə qanun layihəsi irəli sürülüb
ABŞ Konqresinə Türkiyəyə F-35 satışının qadağan edilməsi barədə qanun layihəsi irəli sürülüb29-03-2019, 08:08 |
Respublikaçılar və Demokratlar partiyalarından 4 senator ABŞ Konqresinə Türkiyəyə F-35 qırıcılarının atışının qadağan edilməsi barədə qanun layihəsi irəli sürüblər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, F-35 qırıcılarının satışının qadağan edilməsi ABŞ-ın Türkiyə tərəfinin Rusiyadan S-400 zenit-raket komplekslərini almayacağına dair zəmanət almasına qədər nəzərdə tutulur. Qanun layihəsinin müəlliflərində biri Cin Şahin (Nyu-Hempşir ştatından demokrat) bildirib: "Rusiyanın NATO-ya daxil olan Türkiyədə Amerika təyyarələrini və texnologiyasını öyrnmək perspektivi milli və qlobal təhlükəsizlik üçün ciddi riskdir". Geri qayıt |