ABŞ Konqresinə Türkiyəyə F-35 satışının qadağan edilməsi barədə qanun layihəsi irəli sürülüb
Tarix: 29-03-2019, 08:08 |
Çap et
Respublikaçılar və Demokratlar partiyalarından 4 senator ABŞ Konqresinə Türkiyəyə F-35 qırıcılarının atışının qadağan edilməsi barədə qanun layihəsi irəli sürüblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, F-35 qırıcılarının satışının qadağan edilməsi ABŞ-ın Türkiyə tərəfinin Rusiyadan S-400 zenit-raket komplekslərini almayacağına dair zəmanət almasına qədər nəzərdə tutulur.
Qanun layihəsinin müəlliflərində biri Cin Şahin (Nyu-Hempşir ştatından demokrat) bildirib: "Rusiyanın NATO-ya daxil olan Türkiyədə Amerika təyyarələrini və texnologiyasını öyrnmək perspektivi milli və qlobal təhlükəsizlik üçün ciddi riskdir".