Əsas Səhifə > Dünya > Maduro baş prokurora çevrilişə cəhdin araşdırılması göstərişini verib
Maduro baş prokurora çevrilişə cəhdin araşdırılması göstərişini verib1-05-2019, 09:29 |
Venesuela prezidenti Nikolas Maduro 30 apreldə dövlət çevrilişinə cəhd faktının araşdırılması üçün göstəriş verib. ONA-nın verdiyi xəbərə görə, bu barədə o, dövlət televiziyası vasitəsi ilə çıxışında deyib. “Bu, cəzasız qala bilməz. Mən baş nazirlə danışmışam və o bu işdə əli olanların dindirilməsi üçün 3 prokuror təyin edib. Onlara araşdırılma aparılması və ittiham elan etmələri tapşırılıb”, - Maduro belə deyib. Qeyd edək ki, ölkədə hökumət əleyhinə keçirilmiş etiraz aksiyaları ilə əlaqədar azı 83 nəfər nəzarət altına alınıb. Onların əksəriyyəti (59 nəfər) təkcə Suliya ştatında saxlanılıb. Geri qayıt |