Maduro baş prokurora çevrilişə cəhdin araşdırılması göstərişini verib
Tarix: 1-05-2019, 09:29 |
Çap et
Venesuela prezidenti Nikolas Maduro 30 apreldə dövlət çevrilişinə cəhd faktının araşdırılması üçün göstəriş verib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə o, dövlət televiziyası vasitəsi ilə çıxışında deyib.
“Bu, cəzasız qala bilməz. Mən baş nazirlə danışmışam və o bu işdə əli olanların dindirilməsi üçün 3 prokuror təyin edib. Onlara araşdırılma aparılması və ittiham elan etmələri tapşırılıb”, - Maduro belə deyib.
Qeyd edək ki, ölkədə hökumət əleyhinə keçirilmiş etiraz aksiyaları ilə əlaqədar azı 83 nəfər nəzarət altına alınıb. Onların əksəriyyəti (59 nəfər) təkcə Suliya ştatında saxlanılıb.