Əsas Səhifə > Dünya > Venesuelada 55 hərbçi çevrilişə cəhdə görə işdən qovulub

Venesuelada 55 hərbçi çevrilişə cəhdə görə işdən qovulub


9-05-2019, 08:40
Venesuelada 55 hərbçi çevrilişə cəhdə görə işdən qovulub
Venesuela prezidenti Nikolas Maduro ordunun dövlət çevrilişinə cəhddə iştirak edən 55 hərbçisini işdən çıxarmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə hökumət KİV-lərinə istinadən "Caracol" nəşri məlumat yayıb.

Bildirilir ki, prezidentin fərmanı 35 serjant, 6 leytenant, 4 kapitan və mayor, həmçinin 5 podpolkovnikə şamil edilib. Qovulanlar arasında SEBIN Milli Kəşfiyyat Xidmətinin sabiq rəhbəri divizion generalı Manuel Fiqer də var.

Geri qayıt