Venesuelada 55 hərbçi çevrilişə cəhdə görə işdən qovulub
Tarix: 9-05-2019, 08:40 |
Çap et
Venesuela prezidenti Nikolas Maduro ordunun dövlət çevrilişinə cəhddə iştirak edən 55 hərbçisini işdən çıxarmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə hökumət KİV-lərinə istinadən "Caracol" nəşri məlumat yayıb.
Bildirilir ki, prezidentin fərmanı 35 serjant, 6 leytenant, 4 kapitan və mayor, həmçinin 5 podpolkovnikə şamil edilib. Qovulanlar arasında SEBIN Milli Kəşfiyyat Xidmətinin sabiq rəhbəri divizion generalı Manuel Fiqer də var.