Əsas Səhifə > Dünya > Maduro bildirib ki, ona qarşı sui-qəsdə görə 20 milyon dollar ödənilib
Maduro bildirib ki, ona qarşı sui-qəsdə görə 20 milyon dollar ödənilib19-06-2019, 09:41 |
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2018-ci ilin avqustunda onun həyatına sui-qəsd cəhdi təxminən 20 milyon dollara başa gəlib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, hərbçilər qarşısındakı çıxışında deyib. "Mənim öldürülməyimlə bağlı (sui-qəsdə cəhd -red) plan hansı ki, avqustun 4-də həyata keçirilmişdi, bir neçə milyon dollar idi, 20 milyon dollar olduğunu deyirlər", - deyə Nikolas Maduro bildirib. Venesuela lideri həmçinin kəşfiyyat orqanının əməkdaşlarına və asayiş keşikçilərinə dövlət başçısının müdafiəsi vaxtı qoçaqlığa və şücaətə görə təşəkkür edib. Geri qayıt |