Maduro bildirib ki, ona qarşı sui-qəsdə görə 20 milyon dollar ödənilib
Tarix: 19-06-2019, 09:41 |
Çap et
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2018-ci ilin avqustunda onun həyatına sui-qəsd cəhdi təxminən 20 milyon dollara başa gəlib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, hərbçilər qarşısındakı çıxışında deyib.
"Mənim öldürülməyimlə bağlı (sui-qəsdə cəhd -red) plan hansı ki, avqustun 4-də həyata keçirilmişdi, bir neçə milyon dollar idi, 20 milyon dollar olduğunu deyirlər", - deyə Nikolas Maduro bildirib.
Venesuela lideri həmçinin kəşfiyyat orqanının əməkdaşlarına və asayiş keşikçilərinə dövlət başçısının müdafiəsi vaxtı qoçaqlığa və şücaətə görə təşəkkür edib.