Əsas Səhifə > Dünya > AB-nin sanksiyaları ölkənin Aralıq dənizindəki fəaliyyətinə təsir etməyəcək

AB-nin sanksiyaları ölkənin Aralıq dənizindəki fəaliyyətinə təsir etməyəcək


16-07-2019, 08:36
 AB-nin sanksiyaları ölkənin Aralıq dənizindəki fəaliyyətinə təsir etməyəcək
AB-nin Türkiyəyə qarşı sanksiyaları onun Aralıq dənizinin şərqində qaz hasilatı ilə bağlı fəaliyyətinə heç bir təsir göstərməyəcək.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir.

“AB Şurası tərəfindən qəbul olunmuş qərar Aralıq dənizinin şərq hissəsində karbohidrogen qazının hasilatını davam etdirmək baxımından ölkəmizin qətiyyətinə təsir etməyəcək”, - açıqlamada belə deyilir.

Türkiyə XİN, həmçinin onu da əlavə edib ki, ölkə qaz əldə olunması istiqamətində öz fəaliyyətini genişləndirmək niyyətindədir.

Qeyd edək ki, AB iyulun 15-də Kiprin azad iqtisadi zonasında aparılan karbohidrogen yataqlarının kəşfiyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiq edib. Həmin zonada Türkiyəyə məxsus iki – “Fatih” və “Yavuz” qazma qurğuları yerləşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şelf yataqlarında kiprli türklərin hüquqlarının ölkəsi tərəfindən qorunmasına hazır olduğunu bəyan edib və yeri gəldikdə hərbi gücdən istifadə ediləcəyini də bildirb.

Geri qayıt