AB-nin sanksiyaları ölkənin Aralıq dənizindəki fəaliyyətinə təsir etməyəcək - Türkiyə XİN
Tarix: 16-07-2019, 08:36 |
Çap et
AB-nin Türkiyəyə qarşı sanksiyaları onun Aralıq dənizinin şərqində qaz hasilatı ilə bağlı fəaliyyətinə heç bir təsir göstərməyəcək.
APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir.
“AB Şurası tərəfindən qəbul olunmuş qərar Aralıq dənizinin şərq hissəsində karbohidrogen qazının hasilatını davam etdirmək baxımından ölkəmizin qətiyyətinə təsir etməyəcək”, - açıqlamada belə deyilir.
Türkiyə XİN, həmçinin onu da əlavə edib ki, ölkə qaz əldə olunması istiqamətində öz fəaliyyətini genişləndirmək niyyətindədir.
Qeyd edək ki, AB iyulun 15-də Kiprin azad iqtisadi zonasında aparılan karbohidrogen yataqlarının kəşfiyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiq edib. Həmin zonada Türkiyəyə məxsus iki – “Fatih” və “Yavuz” qazma qurğuları yerləşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şelf yataqlarında kiprli türklərin hüquqlarının ölkəsi tərəfindən qorunmasına hazır olduğunu bəyan edib və yeri gəldikdə hərbi gücdən istifadə ediləcəyini də bildirb.