Əsas Səhifə > Dünya > İsrail ABŞ-dan Türkiyəyə F-35 verməməsini tələb edib
İsrail ABŞ-dan Türkiyəyə F-35 verməməsini tələb edib2-08-2019, 09:42 |
İsrail, Vaşinqtonun Ankaranı F-35 proqramından xaric etməsi qərarının qəbul edilməsi üçün “pərdə arxası oyunlar" oynayıb. SalamNews xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" kanalı xəbər verir. Kanalın məlumatına görə, bununla da Təl-Əviv bölgədəki hərbi üstünlüyünü qorumağa çalışıb. İddiaya görə, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması fonunda İsrail Vaşinqtona təzyiq edərək ABŞ-ı Ankaranı F-35 istehsal proqramından kənarlaşdırmağa məcbur edib. Beləliklə, ABŞ İsrailin bölgədəki bu tip qırıcısı olan yeganə ölkə olaraq qalmasını təmin edib. Son iki ildə ABŞ yəhudi dövlətinə 16 F-35 qırıcı verib. Geri qayıt |