İsrail ABŞ-dan Türkiyəyə F-35 verməməsini tələb edib
Tarix: 2-08-2019, 09:42 |
Çap et
İsrail, Vaşinqtonun Ankaranı F-35 proqramından xaric etməsi qərarının qəbul edilməsi üçün “pərdə arxası oyunlar" oynayıb. SalamNews xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" kanalı xəbər verir.
Kanalın məlumatına görə, bununla da Təl-Əviv bölgədəki hərbi üstünlüyünü qorumağa çalışıb.
İddiaya görə, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması fonunda İsrail Vaşinqtona təzyiq edərək ABŞ-ı Ankaranı F-35 istehsal proqramından kənarlaşdırmağa məcbur edib.
Beləliklə, ABŞ İsrailin bölgədəki bu tip qırıcısı olan yeganə ölkə olaraq qalmasını təmin edib.
Son iki ildə ABŞ yəhudi dövlətinə 16 F-35 qırıcı verib.