Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanı əvvəlki neft tədarükü səviyyəsini bərpa edib
Səudiyyə Ərəbistanı əvvəlki neft tədarükü səviyyəsini bərpa edib18-09-2019, 08:21 |
Səudiyyə Ərəbistanı "Saudi Aramco"nun obyektlərinə edilən hücumdan sonra neft tədarükünün əvvəlki səviyyəsini bərpa edib. "Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman Əs-Səud deyib. Eyni zamanda, Ər-Riyad da xammal hasilatının həcmini qismən bərpa edib. Krallıq daha əvvəl hasilatı iki dəfədən çox - təqribən 9,8 milyon səviyyəsindən gündə 5,7 milyon barelə qədər azaltmışdı. Hazırda bazarlarda neftin qiymətləri nazirin açıqlamasından sonra sürətlə aşağı düşməyə başlayıb. Geri qayıt |