Səudiyyə Ərəbistanı əvvəlki neft tədarükü səviyyəsini bərpa edib
Tarix: 18-09-2019, 08:21 |
Çap et
Səudiyyə Ərəbistanı "Saudi Aramco"nun obyektlərinə edilən hücumdan sonra neft tədarükünün əvvəlki səviyyəsini bərpa edib.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman Əs-Səud deyib.
Eyni zamanda, Ər-Riyad da xammal hasilatının həcmini qismən bərpa edib.
Krallıq daha əvvəl hasilatı iki dəfədən çox - təqribən 9,8 milyon səviyyəsindən gündə 5,7 milyon barelə qədər azaltmışdı.
Hazırda bazarlarda neftin qiymətləri nazirin açıqlamasından sonra sürətlə aşağı düşməyə başlayıb.