Əsas Səhifə > Dünya > ABŞ demokratçıları Trampla Putinin danışıqlarının ictimailəşməsini istəyirlər

ABŞ demokratçıları Trampla Putinin danışıqlarının ictimailəşməsini istəyirlər


30-09-2019, 08:44
ABŞ demokratçıları Trampla Putinin danışıqlarının ictimailəşməsini istəyirlər
Demokratçılar ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin telefon danışıqlarının əldə edilməsinə nail olmaq niyyətindədirlər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin aşağı palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff bildirib.

Onun sözlərinə görə, demokratçıların əsas hədəfi – ABŞ-ın milli təhlükəsizliyini təmin etmək və Trampın dünya liderləri ilə, eləcə də Putinlə danışıqları zamanı təhlükəsizlik məsələlərində pozuntulara yol verib-vermədiyini dəqiqləşdirməkdir.

“Əlbəttə, ümid edirəm ki, bunu aydınlaşdıracağıq”, - Şiff belə deyib.

Geri qayıt