ABŞ demokratçıları Trampla Putinin danışıqlarının ictimailəşməsini istəyirlər
Tarix: 30-09-2019, 08:44 |
Çap et
Demokratçılar ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin telefon danışıqlarının əldə edilməsinə nail olmaq niyyətindədirlər.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin aşağı palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff bildirib.
Onun sözlərinə görə, demokratçıların əsas hədəfi – ABŞ-ın milli təhlükəsizliyini təmin etmək və Trampın dünya liderləri ilə, eləcə də Putinlə danışıqları zamanı təhlükəsizlik məsələlərində pozuntulara yol verib-vermədiyini dəqiqləşdirməkdir.
“Əlbəttə, ümid edirəm ki, bunu aydınlaşdıracağıq”, - Şiff belə deyib.