Əsas Səhifə > Dünya > Tramp ABŞ Senatının “erməni soyqırımı” qərarını dəstəkləməyib
Tramp ABŞ Senatının “erməni soyqırımı” qərarını dəstəkləməyib18-12-2019, 08:20 |
ABŞ prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə barəsində veto hüququndan istifadə edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib. Morqan Ortaqusun açıqlamasına görə, ABŞ Senatında qəbul edilən qərar hüquqi deyil. O əlavə edib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəkil ilə eynidir. Qeyd edək ki, rəsmi Ankara ABŞ Senatının qərarının hüquqazidd olduğunu bildirmişdi. Xatırladaq ki, ABŞ prezidentinin 24 aprel 2019-cu ildə 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında “erməni soyqırımı” ifadəsinə yox, “böyük fəlakət" ifadəsinə yer verilib. Geri qayıt |