Tramp ABŞ Senatının “erməni soyqırımı” qərarını dəstəkləməyib
Tarix: 18-12-2019, 08:20 |
Çap et
ABŞ prezidenti Donald Tramp Senatın qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə barəsində veto hüququndan istifadə edib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib.
Morqan Ortaqusun açıqlamasına görə, ABŞ Senatında qəbul edilən qərar hüquqi deyil.
O əlavə edib ki, “soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəkil ilə eynidir.
Qeyd edək ki, rəsmi Ankara ABŞ Senatının qərarının hüquqazidd olduğunu bildirmişdi.
Xatırladaq ki, ABŞ prezidentinin 24 aprel 2019-cu ildə 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında “erməni soyqırımı” ifadəsinə yox, “böyük fəlakət" ifadəsinə yer verilib.