Əsas Səhifə > Dünya > Lukaşenko Rusiya ilə sərhədlərin bağlanmasına sərt münasibət göstərib

Lukaşenko Rusiya ilə sərhədlərin bağlanmasına sərt münasibət göstərib


16-03-2020, 17:07
Lukaşenko Rusiya ilə sərhədlərin bağlanmasına sərt münasibət göstərib
Belarus prezidenti Aleksandr Lukaşenko COVİD-19 koronavirus infeksiyası ilə bağlı Rusiyanın ölkəsi ilə sərhədlərini bağlamasına münasibət bildirib.

"İş o yerə çatıb ki, doğma Rusiya da bizimlə sərhədləri bağlayıb", - deyə o qeyd edib.

SalamNews-un BELTA-ya istinadən verdiyi xəbərə görə, Belarusda vəziyyətin nisbətən sabit olduğunu vurğulayan Lukaşenko Rusiyanın koronavirusdan əziyyət çəkdiyini iddia edib.

"Kim kimdən qorunmalıdır - ritorik sualdır", - deyə Lukaşenko sözlərinə əlavə edib.

Geri qayıt