Lukaşenko Rusiya ilə sərhədlərin bağlanmasına sərt münasibət göstərib
Tarix: 16-03-2020, 17:07 |
Çap et
Belarus prezidenti Aleksandr Lukaşenko COVİD-19 koronavirus infeksiyası ilə bağlı Rusiyanın ölkəsi ilə sərhədlərini bağlamasına münasibət bildirib.
"İş o yerə çatıb ki, doğma Rusiya da bizimlə sərhədləri bağlayıb", - deyə o qeyd edib.
SalamNews-un BELTA-ya istinadən verdiyi xəbərə görə, Belarusda vəziyyətin nisbətən sabit olduğunu vurğulayan Lukaşenko Rusiyanın koronavirusdan əziyyət çəkdiyini iddia edib.
"Kim kimdən qorunmalıdır - ritorik sualdır", - deyə Lukaşenko sözlərinə əlavə edib.