PİA.AZ-IN ƏMƏKDAŞI AZADLIQDA
Tarix: 18-03-2012, 13:16 |
Çap et
QUBADA HƏBSLƏR İSƏ HƏLƏ DƏ DAVAM EDİR
Bu gün Quba şəhər bələdiyyə sədri Elxan Əliyevin həbs olunması ilə bağlı xəbər yayılıb. Bu barədə Qubadan məlumat dəxil olub. Məlumata görə Quba bələdiyyəsinin sədri dünən həbs olunub. O məlum hadisələrin təşkilində ittiham olunur.
Qeyd edək, Quba bədəldəiyyəsinin sədrinin həbs olunması ilə bağlı fevralın 29-da da məlumat yayılmışdı. Həmin vaxt bildirilirdi ki, hakimiyyət orqanları hadisələri qabaqlamaq məqsədi ilə Quba bələdiyyəsinin sədrini və daha bir neçə şəxsi həbs edib. Sonradan hadisələrin gedişatında bu həbslərin nə qədər doğru olub olmadığını dəqiqləşdirmək mümkün olmadı.
Daxil olan məlumata əsasən bələdiyyə sədri ilə Elxan Əliyevlə Qubanın keçmiş İcra başçısı rauf həbibov arasında problem olub və bu problemdə hadisələrin partlaq verməsində müəyyən rol oynayıb.
Bu gün bazar günü olduğu üçün baş verən həbs hadisəsi ilə bağlı rəsmi orqanlardan məlumat almaq olmadı. Bu həbsin detalların sabah dəqiqləşdirməyə çalışacağıq.
Bu arada dünən PİA.AZ-ın həbs olunmuş bölgə müxbiri Cəmil Məmmədli azad olunub. Bu barədə Cəmil Məmmədlinin özü məlumat verib. Həbs olunmuş jurnalist bildirib ki, ona qarşı heç bir fiziki təzyiq tətbiq olunmayıb. Jurnalist sabah Bakıya gələcək və həbsi ilə bağlı ayrıntılı məlumat verəcək (pia.az).