“POLİS ƏMƏKDAŞLARI BİZİ TƏXRİBATA ÇƏKDİ”
Tarix: 19-03-2012, 16:19 | Çap et
“BUNA ƏVVƏLCƏDƏN HAZIRLAŞMIŞDILAR”
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-də Bakıda keçirdiyi mitinq qalmaqalla bitdi. “Bulustan” rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaratdı, bu da repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlının saxlanılması ilə nəticələndi. Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı 5 sutka həbs cəzası aldı. Onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) təqsirli biliniblər.
Mitinqin təşkilatçılarından olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı martın 19-da “Media forum” saytının suallarını cavablandırıb.
- Mitinqi konsert proqramı ilə bitirmək əvvəlcədən planlaşdırılmışdı?
- Bəli, bunu əvvəlcədən fikirləşmişdik. Bu məsələ idarə heyətinin toplantısında müzakirə edilmişdi. Hamı razılaşdı ki, çox yaxşı olar. Çünki mitinqə dəvətlilərin əksəriyyəti gənclər idi. Biz bu qərarı verərkən xarici ölkələrin təcrübəsini də nəzərə almışdıq.
Rokla yanaşı tar ifasını da düşünmüşdük. Amma soyuq havada tar şişir, ifa etmək çətinləşir. Buna görə yalnız rok musiqisinin səslənməsi üstündə dayandıq.
- İfa olunan mahnının sözləri aksiya iştirakçılarının narazılığına səbəb oldu. Hansı mahnıların səsləndiriləcəyi müəyyənləşdirilmişdimi?
- Tam müəyyənləşdirilməmişdi. Nəzərə alın ki, Bakı Şəhər İcra Hakimiyyəti konstitusiya hüquqlarımızı pozaraq aksiyanı mitinqə bir gün qalmış sanksiyalaşdırdı. Buna görə işlərimiz çox tələsik oldu. Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri nəzərdə tutmuşdu ki, Firudun Allahverdinin “Rüşvətxor müəllim”, “Büdcə” mahnılarını səsləndirək. Bu mahnılar bizim mitinqin tələbləri ilə üst-üstə düşürdü. Zaman azlığı bütün incəlikləri nəzərə almağa mane oldu.
- Mitinqin sonunda niyə dava düşdü?
- Bunda təşkilat komitəsi olaraq bizim də günahlarımız var. İlk dəfədir belə aksiya keçirirdik, təcrübəsizliyimiz öz sözünü dedi. Amma dava sırf təxribat idi. Bir nəfər tribunaya çıxıb Camal Əlinin söyüş söyməsinə etiraz bildirdi. Biz də bu məsələni yoluna qoyduq. Sonradan iki nəfər mülki geyimli polis əməkdaşı ortaya girib uşaqları döyməyə başladı. Bunu da aksiya iştirakçılarının adına çıxırlar. Polis əməkdaşları bizi təxribata çəkdi. Buna əvvəlcədən hazırlaşmışdılar.
- Camal Əli tribunaya əlində pivə bankası çıxıb danışanda təşkilat komitəsindən kimsə buna öz etirazını bildirdimi?
- Bəli, biz Camal Əliyə etiraz bildirdik. O da pivəni yığışdırdı. Biz bu vəziyyət yaşanmamışdan bir neçə dəqiqə əvvəl öz aramızda danışıb razılaşdırmışdıq ki, mitinqi dayandıraq. Amma mülki geyimlilər bizdən tez tərpəndilər. Bu da, yenə deyirəm, bizim təcrübəsizliyimizdən irəli gəldi. Növbəti aksiyalarda bu qüsurları nəzərə alacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|