AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                 

DEPUTATA ÜNVANLANAN ŞOK AÇIQ MƏKTUB
Tarix: 22-03-2012, 11:48 | Çap et
DEPUTATA ÜNVANLANAN ŞOK AÇIQ MƏKTUB

SEÇİCİSİ ÇİNGİZ QƏNİZADƏDƏN İMTİNA ETDİ

İmişli rayon Ağammədli kənd sakini, ali təhsilli, Ahıl Ziyalılar birliyinin üzvü Əsəd Xanlar oğlu Xəlilov Milli Məclisin üzvü Çingiz Qənizadəyə açıq məktub ünvanlayıb. DİA.AZ redaksiyasına daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli Çingiz müəllim,
Sizin 19 mart 2012- ci ildə xalqımızın əziz və müqəddəs Novruz bayramı axşamı bir qrup İmişli rayon sakini, o cümlədən mənim haqqımda həqiqətdən uzaq, böhtan xarakterli, qeyri- etik ifadələrlə aşağılamanız məni çox təsirləndirdi. Bilirsiniz ki, siz məni, mən də sizi yaxşı- pis tanıyıram. 2010-cu il parlament seçkilərində mən 80 saylı DSK- nın 12 saylı MnSK- da katib olmuşam. Ziyalı jurnalist Davud Zülfüqarlının xahişi ilə ailəm və qohumlarımla birgə sizə səs vermişik. Daim sizin hörmətinizi saxlamış, indiyə qədər haqqınızda güldən ağır bir söz işlətməmiş, hətta öz haqlı tələblərimi edən zaman sizi narahat edib sizə müraciət etməmişəm.
Keçək sizin 19 mart tarixli “məşhur” açıqlamanıza...
1. Açıqlamanızın mənə aid olan hissəsində məni “haqsız şikayətçi” kimi qələmə verirsiniz. Mən sizə sual edirəm; mənim haqsız olduğumu nədən bilirsiniz və harda görmüsünüz? Hansı dəlil və arqumentlərlə bu qənaətə gəlmisiniz? Məlumat üçün bildirim ki, mənim evim 2010- ci ildə İmişlidə yağan güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalıb. İmişli RİH mənə dəfələrlə məktub göndərərək evimin “normal” olduğunu yazıb. Mənim son şikayətim yalnız evimlə bağlı olub. “Kür” Vətəndaş Cəmiyyətinə etdiyim müraciətdən sonra 2011- ci ilin noyabr ayının 29- da Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri gəlib evimə baxış keçirdilər. Evimin durumu qeyri- normal qiymətləndirilərək evdə bərpa gücləndirilmə işlərinin aparılmasına dair rəy verildi. Dövlət komissiyasının verdiyi bu rəy həm də onu sübut etdi ki, İmişli RİH- nin indiyə qədər mənə verdiyi cavablar formal olmaqla yanaşı həqiqəti əks etdirməyib və həm də ailəmlə birgə qəzalıya yaxın bir vəziyyətdə olan evdə yaşamışıq ki, bu da bizim həyatımız üçün çox böyük təhlükə deməkdir. İndi siz deyin; haqsız mənəm, yoxsa İmişli RİH və İmişli RİH- i müdafiə edən siz?
2. Yazınızda mənim Ağammədli kənd icra nümayəndəsi ilə 14 mart 2010- ci il tarixdə olmuş məhkəmə prosesi ilə bağlı iddia edirsiniz ki, guya mən “ATƏT nümayəndəsinin də iştirak etdiyi məhkəmədə səhv hərəkət etdiyimi və uduzduğumu bilərək saziş imzalamağı təklif etmişəm”. Əvvalə biləsiniz ki, məhkəmə prosesi qapalı keçirilib və ATƏT nümayəndəsi, yerli sakinlər, jurnalistlər məhkəməyə buraxılmayıb. Mən sizə sual edirəm qapalı keçirilən, iştirak etmədiyiniz məhkəmə prosesi barədə siz məlumatı hardan almısınız? Digər tərəfdən doğrudanmı 2 nəfərin məhkəmə çəkişməsi sizin üçün o qədər önəmlidir ki, siz bütün işlərinizi bir kənara qoyub bizim məhkəməmizlə bağlı detallı araşdırma aparıb həqiqətə uyğun olmayan məlumatlar yayırsınız? Sizin başqa işiniz- gücünüz yoxdurmu? Amma məlumat üçün bildirim ki, məhkəmədə mənim və qarşı tərəfin “səhv hərəkət etməsi və uduzmağı” müzakirə predimeti olmayıb. Barışıq təklifini isə hörmətli hakim Süleyman Ağayev və “Kür” Cəmiyyətinin rəhbəri Oktay Gülalıyev irəli sürüb və biz də qəbul edib barışmışıq. Mətbuatda nə yazılmasına görə isə mən məsuliyyət daşımıram.
3. Yazınızda Kür Araz daşqınlarına və qrunt sularının təsirinə məruz qalan insanlarda narazılığı guya “Kür” Vətəndaş Cəmiyyətinin yaratdığını və bizim evlərin Nazirlər Kabinetinin 197s saylı sərəncamın təsirinə düşmədiyini iddia edirsiniz. Nəzərinizə çatdırım ki, mən və digər sakinlər aidiyyatı qurumlara 2010- cu ildə müraciət edəndə “Kür” Cəmiyyətini tanımırdıq. Onları sonradan tanımışıq və çox sevinirik ki, belə təşkilat var. Bu gün bizim səsəimizə səs verən yeganə təşkilat “Kür” təşkilatıdır. Halbu ki, biz sizə səs vermişdik ki, bizim hüquqlarımızı müdafiə edib səsimizə səs verəsiniz. Təəssüf ki, siz bu gün millət vəkili kimi millətin, biz seçicilərin deyil, İmişli RİH başçısı Əbülfəz Ağayevin vəkili, onun nümayəndəsi kimi çıxış edirsiniz. Roma Papasından artıq katolik kimi davranırsınız. Digər tərəfdən biləsiniz ki, Nazirlər Kabinetinin 197s saylı sərəncamından öncə prezidentin 19 may 2010- cu il tarixli sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Kür Araz daşqınları ilə bərabər 2010- cu ildə güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalan insanlara da dövlət yardımı şamil olunur ki, məhz bu sərəncama uyğun olaraq İmişlidə indiyə qədər 700- dən çox ev tikilib. Elə bizim və qonşu kəndlərdə də xeyli ev tikilib. Siz İmişlidə Kür Araz daşqınları olmayıb deyə ictimai rəyi azdırmağa çalışmayın. İnsanları aldatmaq sizə yaraşsa da millət vəkili adına yaraşmır.

Çingiz müəllim,
Mənim 71 yaşım var. Dünyanın hər üzünü görmüşəm. İnsanların yaxşısını, pisini də... Üzdə olan insanların çoxunu tanıyıram. Onların keçdiyi yolu, əqidəsini, şəxsiyyətini, məramını özümə görə anlayıram. Sizin də AXC üzvlüyündən və Elçibəyin komandasından YAP- a xidmət və yarınmağa qədər keçdiyiniz həyat yolunuzu hamı görür və dərk edir... Mən sizdən fərqli olaraq əqidəmi dəyişməmişəm, ilk gündən indiyə qədər Heydər Əliyev ideyasına inanmışam və bu yolda olmuşam. Ölənə qədər də bu yolda olacam.
Bayram ərəfəsində sizin mənim və digər İmişli sakinləri haqqında işlətdiyiniz etikadan və həqiqətdən uzaq fikirlər bir ahıl ziyalı olaraq məni çox incitdi. Mən bu ifadələri sizə bağışlamıram. Siz mənim haqqımda yazırsınız ki, guya mən səhv etdiyimdən məhkəmədə barışıq təklif etmişəm. Həyatda səhvsiz insan yoxdur. Amma mənim səhvim məhkəmə ilə bağlı olmayıb. Həyatda etdiyim ən böyük səhvlərdən biri ailəm, qohumlarım, ərkim keçən insanları çağıraraq sizə səs verib sizi İmişliyə layiqli deputat bilməyimdə olub. Mən bu gün həmin insanlarla birgə sizə verdiyim səsdən imtina etdiyimi bildiriəm. Düzdür bu heç nəyi dəyişmir. Amma mən öz vicdanım qarşısında az da olsa təsəlli tapacam ki, ziyanlı yolun yarısından geri qayıtdım. Həqiqəti gördüm və dərk etdim. Qaraya ağ deməkdən vaz keçdim.
Yuxarıda qeyd etdiyim kimi mən 2010- cu ilin parlament seçkilərində 80 saylı DSK- nın 12 saylı MnSK- nın katibi olmuşam. Sizin necə deputat olmanızı mən çox gözəl bilirəm. Məni hər şeyi açıb danışmağa məcbur etməyin.
Sonda sizə bir ağsaqqal kimi kiçicik tövsiyyəm var; Adam su içdiyi qaba tüpürməz. Sizə deputat mandatını biz İmişlilərin adından veriblər. Məsləhətim odur ki, dərindən araşdırmadığınız, öyrənmədiyiniz, bilmədiyiniz bir məsələ, insanlar haqqında danışmağa və hökm verməyə tələsməyin. Və bir də çalışın öz sözünüzü deyin, başqalarının yox... Özgənin sözünü demək özgənin atına minmək kimi bir şeydir. Özgənin atını minən isə yarı yolda qalar... Yarı yolda qalmaq istəmirsinizsə öz sözünüz deyin, öz işinizlə məşğul olun və haqqa tapının!!!”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Bu gün, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Bu gün, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Bu gün, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Bu gün, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Bu gün, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Bu gün, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Bu gün, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru