AYAZ MÜTƏLLİBOVDAN DAHA BİR TƏKZİB GƏLDİ
Tarix: 26-03-2012, 12:34 |
Çap et
“BELƏ NİR İDDİADA BULUNMAMIŞAM”
"Mən Xocalı soyqırımının Xalq Cəbhəsi tərəfindən törədilməsini heç vaxt iddia etməmişəm. Belə fikirlər Ermənistan siyasətçilərinin dilindən ünvanıma dəfələrlə səsləndirilib. Arxivlərdə bu hadisə ilə bağlı müvafiq sənədlər mövcuddur".
Bu barədə SalamNews-a Ermənistanın Kanadadakı səfiri Armen Yeqenyanın açıqlamasını şərh edən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bildirib.
O deyib: "Mən heç vaxt Xocalının Xalq Cəbhəsi tərəfindən törədildiyini iddia etməmişəm. Mən demişəm ki, bu, Azərbaycan xalqına qarşı törədilən, bütün cəmiyyəti şoka salan barbarlıqdır. Təbii ki, bu narazılıqdan Xalq Cəbhəsi yararlanıb və müxalifətin gücü sayəsində hakimiyyətə gəlib”.
Xatırladaq ki, Ermənistanın Kanadadakı səfiri Armen Yeqanyanın «Calgary Herald» qəzetində dərc olunan məqaləsində Xocalı faciəsinin Azərbaycan Xalq Cəbhəsinin üzvləri tərəfindən törədildiyi və bunu sabiq prezident Ayaz Mütəllibovun da təsdiq etdiyi vurğulanır.