BƏRDƏNİN BAŞÇISI DA RAUF HƏBİBOVDAN DƏRS ALIB
Tarix: 8-04-2012, 13:32 |
Çap et
VİDADİ İSAYEV ŞİKAYƏTÇİLƏRİ QƏBUL EDİB
Kəpəz TV kanalı xəbər verir ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı kəndlərdə səyyar qəbul keçirib. Qəbula gələn sakinlər problemlərini birbaşa rayon icra başçısının diqqətinə çatdırıblar.
İcra başçısının rayonun Şorəlli kəndində keçirdiyi qəbula 200 nəfərdən çox vətəndaş qatılıb. Qəbulda kənd sakinlərinin problemləri müzakirə olunub və onları narahat edən məsələlərin həlli yolları göstərilib. Əsas müraciət mövzuları şəxsi problemlərlə yanaşı, işıq, su və torpaq problemləri olub.
Vidadi İsayev problemlərin dərhal həll edilməsi üçün müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq verib. Rayon rəhbəri vətəndaşları əmin edib ki, ölkə başçısının tapşırıqları Bərdədə tez bir zamanda həyata keçiriləcək və iqtisadi sosial, eləcə də, digər problemlər öz həllini tapacaq.