Cahangir Hacıyevdən qalma daha bir cinayət yuvası... - İTTİHAM VAR
Tarix: 10-05-2016, 09:02 | Çap et
Son bir ildə ölkədə baş verən iqtsadi proseslər, eyni zamanda MTN ətrafında baş verən olaylar Beynəlxalq Bankdan da yan keçmədi. Bankda milyonlarla vəsaitin mənimsənildiyi, külli miqdarda maliyyə maxinasiyaların reallaşdırıldığı üzə çıxdı. Beynəlxalq Bankın əvvəlki nüfuzunun bərpa olunması üçün ciddi islahatlar başladı. Prezident İlham Əliyev ötən ilin iyulun 15-də Beynəlxalq Bankın sağlamlaşdırılması və dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanmasıyla bağlı fərman imzaladı. Bu bankın həyatında yeni bir səhifənin açılması demək idi. Daha sonra Azərbaycan Beynəlxalq Banka yeni sədr təyin edilib. Bu, daha öncə Kapital Bank və Azər-Türk Bankın İdarə Heyətinə rəhbərlik etmiş Elmar Məmmədov oldu. Sonrakı proseslər onu göstərdi ki, yeni, təcrübəli sədrin təyinatı Bankı inkişafında xüsusi rolu oldu. Bütün bu islahatlara, həyata keçirilən təxirəsalınmaz tədbirlərə baxmayaraq bankın bəzi filial rəhbərləri özlərinin keçmiş MTN-çi “krişaları”nın tapşırıqlarını və taktiki gedişatlarını reallaşdırmaqdadırlar. Ümumiyyətlə Beynəlxalq Bankın region filialları ilə bağlı 7news.az redaksiyasına müxtəlif şikayət dolu məktublar daxil olmaqdadır. Biz də redaksiya olaraq daxil olan məktubların faktlılığına və ictimai əhəmiyyətinə baxaraq dərcinə qərar verərik. Redaksiyamıza Beynəlxalq Bankın Mingəçevir filialı ilə bağlı müxtəlif istiqamətlər üzrə şikayətlər daxil olub. Müraciətdə deyilir ki, 4 il bankda sıradan bir vəzifədə çalışan İsmayılov Ramil Vahid oğlunun Beynəlxalq Bankın Mingəçevir filialına müdir təyinatından sonra Bank demək olar ki, öz tarixində ən biyabırçı anları yaşayır. Beynəlxalq Bankın təhlükəsizlik sistmində çalışan, (adını dəqiqləşdirmə apardığımız üçün hələ açıqlamırıq) keçmiş MTN-çi məmurun himayəsi ilə filial müdiri təyin olunan Ramil İsmayılov Bankın olan-qalan nüfuzunu da “xərcləyib”. Adını açıqlamadığımız bu şəxsin keşmiş MTN naziri Eldar Mamudovun adamı olduğu iddia edilir. Pensiyaçılar təngə gəlib... Məlumatda qeyd olunur ki, birbaşa ölkə rəhbərliyinin tapşırığına zidd gedən filial müdiri Ramil İsmayılov qanunsuz olaraq pensiya kartlarından vəsaitin tutulmasına göstəriş verib. Eyni zamanda qeyd olunur ki, bu tutulmalar məhkəmə qərarı olmadan həyata keçirilir. Yararsız əskinsazlar bankomata yerləşdirilir... Daxil olan məlumatın ən ciddi tərəflərindən biri də “cırılmış”, yararsız əskinasların bankomatdan çıxması ilə bağlıdır. Belə ki, onlarla vətəndaş kart vasitəsi ilə pullarını bankomatdan çıxardıqda onların arasında cırılmış, korlanmış əskinaslara rast gəliblər. Məsələ ilə bağlı banka gedərək narazılıq edən vətəndaşalara isə bir söz deyilir: MÜDİR DƏYİŞMƏYƏ İCAZƏ VERMİR. Buradan isə belə qənata gəlmək olar ki, filial müdiri onsuz da devolvasiyadan əziyyət çəkən, əsəbləri tarıma çəkilən sadə insanları qəsdən dövlətə qarşı qaldırır. Qarabağ Qaziləri, şəhid ailələri, veteranlar təhqir olunur... Vətənin azadlığı uğrunda döyüşərək şəhid və ya əlil olan igidlərimizin ailələri də Beynəlxalq Bankın Mingəçevir filialının müdirinin özbaşınalığına görə intihar həddinə çatıblar. Belə ki, şəhid ailəsindən olan bir qadın bankın haqsızlığı ucbatından üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Xöşbəxtlikdən ətrafdakı insanların vaxtında müdaxiləsi intiharın qarşısını alıb. Qarabağ qazisi ilə filial müdirinin davası isə sonda RAYON POLİS BÖLMƏSİNDƏ BAŞA ÇATIB. Şahidlərin dediklərinə görə filial müdiri Ramil İsmayılov da şöbəyə gətirilərək Qarabağ qazisi ilə üzləşdirilib. Beynəlxalq Bankın Mingəçevir filialında “ŞAPKA” biznesi... Beynəlxalq Bankın Mingəçevir filialına 4 il kiçik kredit mütəxəsisinin müdir təyin edilməsi “ŞAPKA” biznesində də özünü göstərib. Belə ki, məqsədindən asılı olmayaraq kredit götürən bütün vətəndaşlardan əvvəlcədən müəyyən edilmiş faizdə “ŞAPKA” istənilir. Təbii ki, bununla razılaşmayanlar kreditə də həsrət qalırlar. Filialda təcrübəli işçilər sıxışdırılır... Bankda ən ciddi nöqsanlardan biri də təcrübəsi az olan müdirin təcrübəli işçilərin axırına çıxma siyasətidir. Məlumatda qeyd olunur ki, yeni müdir öz maxinasiyalarının ifşasından qorxduğu üçün təcrübəli işçilərə “torba” tikməklə məşğuldu. Hətta Ramil İsmayılov bir işçini azad etsə də, sonradan bu işçi məhkəmə yolu ilə bərpa olunmağa müvəffəq olmuşdur. Qısa zamanda 90 minlik ev... Ötən ilin dekabr ayından filial müdiri təyin olunan Ramil İsmayılovun 6 aylıq maliyyə maxinasiyaları o qədər “məhsuldar” olub ki, Mingəçevirin ən bahalı yerində, Kür sahilində tikilən binadan özünə ev alıb. Məlumatda qeyd olunur şəhərin bu nötəsində təmirli evin qiyməti 70-120 min arasıdır. Yuxarıdakıları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Beynəlxalq Bankın qısa zaman kəsiyində qazandığı ciddi uğurları Mingəçevir filialı “xərcləməkdə” qərarlıdır. Yazını dərc etmədən öncə Mingəçevir filialı ilə nə qədər əlaqə saxlamağa ((994 147) 4-00-54) çalışsaq da cəhdimiz boşa çıxdı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. QEYD: Beynəlxalq Bankın Mingəçevir filialının müdiri ilə bağlı 7news.az redaksiyasına daha bir biyabırçı məlumat daxil olub. Dəqiqləşmə apardıqdan sonra yaxın zamanlarda dərc edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
|