Masallıdan Mikayıl Cabbarova açıq məktub... - "Bizim şagirdlər nədən geri qalırlar?
Tarix: 6-08-2016, 09:41 | Çap et
DİA.AZ: - Redaksiyamıza Təhsil Naziri cənab Mikayıl Cabbarova ünvanlanmış bir müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:
"BİR MƏKTƏBİN TİMSALINDA RAYON TƏHSİLİ BARƏSİNDƏ MƏLUMAT
Cənab nazir!
Bilirsiniz ki, Masallı rayonu təhsil sahəsində bir-neçə ildir ki siyahıya axırdan başçılıq edir. Məhz buna görə də rayonumuz bu tədris ilində xüsusi nəzarətə götürüldü. Bunun məntiqi nəticəsi olaraq Rayon Təhsil Şöbəsinin müdiri və kadrlar üzrə məsləhətçi bu il işdən azad olundu. Bildiyiniz kimi rayonun təhsil səviyyəsini bu vəziyyətə salan əsas günahkarlar məktəb rəhbərləridir. Lakin bu şəxslər barədə heç bir ölçü götürülmədi. Konkret olaraq bir nəfər məktəb direktoru belə işdə verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmədi. Bir müddət öncə rayonumuzun Dəmirçi kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlar ictimailəşdirildi. Lakin məktəb rəhbərliyinə rəsmən adi bir töhmət və xəbərdarlıq belə verilmədi. Ancaq bunun müsbət nəticəsi olaraq bu məktəbdə, hətta digər məktəblərdə belə gizlədilən müəllim vakansiyaları müsabiqəyə çıxarıldı. Lakin müsabiqəyə çıxarılan vakansiyalar üçün dərs saatları bilərəkdən azaldılmış formada göstərildi ki bu yerləri müsabiqədən keçənlər seçməsinlər.
Bu il rayonda dörd yeni məktəb tikilir və qabaqda gələn tədris ilində istifadəyə veriləcək. Bu məktəblərdən biri də Çayqıraq kənd ümumi orta məktəbidir. Bu məktəbdə baş verən özbaşınalıqlar artıq rayon səviyyəsinə qədər belə səs salıb.
Uzun illərdir ki bu məktəbə ölkədə və regionda baş verən siyasi dəyişikliklərin fonunda indiyə qədər mövcud olmuş bütün hakimiyyətdəki partiyayalara daxil olmağı bacaran birisi "rəhbərlik" edir. Məktəb direktoru səlahiyyətlərini icra edə-edə Məntəqə Seçki Komissiyasının sıravi üzvü kimi yox, məhz katibi kimi fəaliyyətini də davam etdirir. Üztəlik bir-neçə müəllim də MnSK-nın üzvüdür. Onlar da öz rəhbərləri kimi seçkilər ərəfəsində məktəbdəki fəaliyyətini də davam etdirirlər. Yəni məktəb rəhbəri həm vəzifəsinə görə, həm məntəqə katibliyinə görə və ən əsası - əvəzçilik üzrə kimlərinsə adına yazılan dərslərə görə çoxqatlı əmək haqqı sistemi və çoxfunskiyaslı vəzifə aparmaq kimi böyük missiyanı öz üzərinə götürüb. Məktəb rəhbərliyinin ölkədə baş verən təhsil islahatından nəinki xəbəri yoxdur, üstəlik bu siyasətin formal olduğuna, fənn kurikulumlarının və fəal təlim metodlarının səmərəsizliyinə müəllimləri və valideynləri inandırmaqdan belə çəkinmir.
Məktəbi bitirən məzunların şəhadətnamələri onlara verilmir, üstəlik illər əvvəl məktəbi bitirən məzunların şəhadətnamələrini almaq üçün valideynlər məktəbin və onun şəxsi evinin qabağında ayaq döyürlər. Bu məktəbi bitirən məzunlar adətən Bədəlan kənd tam orta
məktəbində tam orta təhsil almaq üçün müraciət etmirlər. Bəzi illər ümumiyyətlə bu məktəbi bitirən məzunlar tam orta təshildən yayınır, bəzi illər isə bir-neçə nəfər tam orta təhsilə meyl edir. Məktəbi bitirən qızlar isə ümumiyyətlə tam orta təhsilini davam etmkdən imtina edirlər. Bütün bunların səbəbi məktəb rəhbərliyinin Bədəlan kənd tam orta məktəbi haqqında şagirdlərə mənfi yöndən məlumat vermsi və bu məktəbi gözdən salmasıdır. Məktəb rəhbərliyi bütün təbliğatını bu istiqamətə yönəldib ki güya Bədəlan kənd tam orta məktəbidnə təhsil verilmir. Bu təbliğat və təşviqatı Dəmirçi məktəbinin rəhbərliyi də həvəslə yerinə yetirir. Hətta Dəmirçi məktəbinin rəhbərliyi bu məktəbə "tam orta məktəb" statusu vermək xahişi üçün rayon icra hakimiyyətinə avam valideynlərdən və ağsaqqalrdan da bir-neçəsinə də göndərib. Ölkədə məktəblərin birləşdirilməsi siyasəti getdiyi halda bunlar axınıa qarşı "üzmək" qərarına gəliblər. Təsadüfü deyil ki məhz bu məktəbləri bitirən məzunlardan ali məktəblərə nadir halarda daxilolma müşahidə olunur. Qızlardan isə ali təhsilli adam tapmaq bu kəndlərdə ümumiyyətlə mümkün deyil. Məhz bu məktəb rəhbərliklərinin və müəllimlərin valideynlərə yanlış məlumat verməsi ucbatından uzun illər Bədəlan məktəbi mövcud təhsil səviyyəsi və şagirdlərin tam orta təhsil almaq meyli aşağı düşdü.
Son illər ümumi orta məktəblərə də psixoloq ştatları verilmişdir. Bu ştatlara işə qəbul baza psixoloq təhsili və ya ixtisasartırma təhsili əsasında müsahibə yolu ilə olmalıdır. Lakin Çayqıraq kənd ümumi orta məktəbində psixoloq istisasca filoloqdur. Yəni baza psixoloq təshili yoxdur. Bu azmış kimi orta sahibkarlıqla məşğuldur və məktəblə boş vaxtlarında gəlir. Eyni vəziyyət Dəmirçi kənd ümumi orta məktəbində də mövcuddur. Hər iki məktəbin rəhbərliyi iddia edir ki güya bu insanlar ixtisasartırma təhsilinə cəlb olunublar. Lakin mövcud qaydaya görə ixtisasartırma təhsilinə cəlb olunanlar istehsalatdan ayrılaraq təhsilini davam etdirə bilərlər. Yəni bu adamlar iş yeri saxlanılımaqla işdən azad olunmalı və öz hesablarına təhsillərini davam etdirməlidirlər. Görəsən bu qanunsuz işə qəbul əmrini imzalamağa məktəb rəhbərliyini kim və nə vadar edib?
Məktəbin texniki işçiləri barəsində heç kimdə dəqiq məlumat yoxdur. Çünki işçilərin işə davamiyyəti barədə tabel bu məktəbdə tətbiq edilmir. Lakin heç kimə sirr deyil ki məktəbin texniki işçilərindən bir-neçə nəfər məktəb rəhbərliyinin qohumlarıdır və heç vaxt işə çıxmaqdıqları üçün onların kimliyi heç kimə də dəqiq bəlli deyil.
Kənd sakinlərinin bildirdiyinə görə məktəbə verilən kompüterlər direktorun şəxsi evindədir və məktəbdə ancaq 1-2 dənə kompüter gözə dəyir. Belə məktəbdə İnformasiya Komunsikasiya Texnologiyalarının təhsilə tətbiqi və ümumiyyətlə informatika dərsi barəsində söhbət açmaq olarmı?
Məktəbdə ixtisaslı kimya, fizika, informatika, coğrafiya, fiziki tərbiyə, təsviri incəsənət və musiqi müəllimləri yoxdur və bunlar vakasniyaya da çıxarılmır. Hətta bir-neçə il müddətli müqavilə ilə işləyən müəllimlərin iş yeri belə vakansiyaya çıxarılmır. Yalnız bu il Rayon Təhsil Şöbəsinin təkidi ilə fiziki tərbiyə və coğrafiya müəlliminə təlabat vakaniyaya çıxarılıb.
Ümumiyyətlə bu məktəbə son illər işə qəbul olunan müəllimlərin heç biri mərkəzləşmiş müsabiqə vasitəsi ilə bu məktəbə göndərilməyiblər.
Məktəb şagirdləri ilə söhbətdən məlum olur ki bu məktəbdə əksər fənlərdən summativ qiymətlənmdirmələr keçirilmir. Şagirdlərin gündəliklərinə baxdıqda müəllimlərin ənənəvi formada qiymətləndirmədən istifadə etdiyi üzə çıxır. Məktəb müəllimlərinin bəzisi ilə edilən söhbətdən məlum olur ki nəinki onlar heç məktəb rəhbərliyi belə illik planlaşdırma tərtib etmirlər. Məktəb həmkarlar təşkilatı, məktəb uşaq birliyi təşkilatının yalnız adı var, heç bir praktiki işləri yoxdur. Məktəbdə pedaqoji şuranın iclasları ümumiyyətlə keçirilmir. Açıq dərslər, müəllimlərin dərslərinin dinlənilməsi həyata keçirilmir. Məktəb metodbirləşməsi, summativ qiymətləndirmə vasitələrinin hazırlanması üzrə komissiya da məktəbdə yoxdur.
Nahar failəsindən sonra məktəbin önündən keçən zaman heç vaxt qapısı açıq olmur. Yəni ərazidə məktəb rəhbərləri, müəllimlər və texniki işçilərdən bir nəfər belə gözə dəymir. Bu onu göstərir ki bu məktəbdə fənn dərnəkləri və dərsdənkənar məşğələlər ümumiyyətlə keçirilmir. Sanki dövlət bu dərs saatlarına görə müəllimlərə ona görə əmək haqqı verir ki, onlar bunun əvəzində şagirdləri repititorluğa yönəltsinlər.
Məktəblərin retinqi TQDK tərəfindən Azərbaycan dili və riyaziyyat fənlərindən keçirilən buraxılış imtahanlarının nəticələri əsasında müəyyən olunur. Şagirdlər də məhz bu fənlərdən repititor vasitəsi ilə imtahanlara hazırlaşırlar. Repititorluğun və bu iki fənnin hesabına bu məktəb vəziyyətdən birtəhər çıxır. Belə məktəb mühütündə hansı təlim və tərbiyədən danışmaq olar?
Cənab nazir!
Azərbaycan təhsilinə gəirdiyiniz şəffah və real təhsil siyasətinin memarı kimi təhsil qanunvericiliyinin bu cür ayaqlar altına atılmasına əməli münasibət bildirəcəyinizə əminlikdən dolayı məktəb barədə bundan artıq məlumat verməyi lazım bilmədik.
Məlumatın sonunda onu da məktəbdə işləyən pedaqoji və texniki işçilərin, müəllim və valideynlərin, ən əsası məktəb rəhbərliyinin nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, bütün bu etdiklərimiz dövlətimizin, xalqımızın, kəndimizin təhsil səviyyəsinin yüksəlməsinə və bu məktəblərdə işləyənlərin fəaliyyətində dönüş yaradılmasına xidmət edir. Bizləri qərəz, ədavət və şəxsi məqsəd güdməkdə ittiham etməzdən əvvəl öz vicdanlarının mühakiməsi ilə bu yazını təkrar oxuyun. Belə məqsədimiz olsaydı sizlər yaxşı bilirlsiz ki, daha nələr bu məlumatımızda özünə yer ala bilərdi".
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|