Azərbaycanda təhsil biabırçılığı - Şagirdlərin təqaüd kartları “müsadirə” edilib
Tarix: 17-09-2016, 14:21 | Çap et
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda 6 saylı Bakı peşə məktəbində baş verən özbaşınalıqlara dair şagird və valideynlərin, habelə bu təhsil müəssisəsində dərs deyən bir çox müəllimlərin şikayətləri öz əksini tapmaqdadır. Qeyd etmək laımdır ki, aldığımız bu məlumatlar əsasında “Bizim Dövr”ün ötən saylarında bir neçə tənqidi yazı da dərc olunub. Lakin həmin vaxtdan kifayət qədər müddət keçsə belə, yeni aldığımız açıqlamalarda 6 saylı Bakı peşə məktəbində vəziyyətin qətiyyən düzəlmədiyi vurğulanır. Bildirilir ki, məktəbin direktoru Nurəddin Cahangirov bu gün də bu peşə təhsili müəssisəsinin idarə olunmasında bir çox qanun pozuntularına yol verməkdə, müxtəlif özbaşınalıqlar törətməkdə davam edir. Məhz bu səbəbdən də məktəbdə təhsilin səviyyəsi acınacaqlı bir duruma gətirmişdir. Xatırlatmaq yerinə düşər ki, bir vaxtlar Abşeron rayonu Binə peşə məktəbinə rəhbərlik edən Nurəddin Cahangirov qəsəbə sakinlərinin yaddaşlarında məktəbyanı əraziləri qeyri-qanuni olaraq satması ilə qalmışdı. Bu gün isə o, öz bədxah əməllərini artıq 6 saylı Bakı peşə məktəbinin direktoru vəzifəsində davam etdirir. Redaksiyamıza daxil olan məlumatlarda bu da bildirilir ki, bu məktəbdə təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplansa da, bu yığımlar belə direktorun tələblərini tam ödəyə bilmir. İddialara görə, Nurəddin Cahangirov hətta şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Belə ki, peşə məktəbinin şagirdləri onlara ayrılmış aylıq 30 manat məbləğində təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda, Nurəddin müəllim həmin kartları bütün şagirdlərdən yığaraq, onları özündə saxlayır.
Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişdik ki, bu gün respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Qəzetimizin səhifələrində biz dəfələrlə bu problemə toxunaraq, Bakıda fəaliyyət göstərən bir çox peşə lisey və məktəblərində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışıq. Bu xüsusda redaksiyamıza daxil olan şikayət məktublarından isə, belə bir qənaətə də gəlmək olur ki, sözü gedən tədris müəssisəsi faktiki olaraq məktəbin direktoru Nurəddin Cahangirovun şəxsi kommersiya obyekti kimi fəaliyyət göstərir.
Həmçinin bir müddət əvvəl aldığımız məlumatlarda xüsusi olaraq belə bir məqam da qeyd olunmuşdu ki, Nurəddin Cahangirovun oğlu da onunla birlikdə 6 saylı Bakı peşə məktəbində işləyir. Görünür təhsil sahəsində korrupsiyanı artıq ailə biznesinə çevirmiş Cahangirovlar bu sahədə uzunmüddətli ənənələrin əsasını qoymaqda israrlıdırlar. Bunu da qeyd etməliyik ki, aldığımız məlumatlarda irəli sürülən ittihamlara münasibətini bildirmək üçün biz dəfələrlə Nurəddin müəllimlə əlaqə saxlamağa cəhd göstərmişik. Lakin məktəb direktoru hər dəfə bir bəhanə ilə dialoqdan boyun qaçırmaqla suallarımızı cavabsız qoyub. Bu isə təbii ki, şikayətlərdə təqdim olunan faktların dürüstlüyünü bir daha təsdiq etmiş olur. Elə buna görə də, 6 saylı Bakı peşə məktəbində yer almış neqativ hallar, burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər instansiyalara ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Nurəddin Cahangirovun rəhbərlik etdiyi peşə məktəbində bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Məhz bu səbəbdən də, məktəbin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa məktəbin direktorunun üzərinə düşür.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
|