Vaqif Abdullayev bu rayonun dizini yerə gətirdi - Başçının fiaskosu
Tarix: 22-09-2016, 08:52 | Çap et
Vaqif Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra adıçəkilən rayonun səhiyyə, təhsil, mədəniyyət və turizm, o cümlədən maliyyə sahələrində ciddi geriləmə müşahidə olunur. Bununla bağlı əldə etdiyimiz bilgilərdə hətta o da qeyd olunur ki, Vaqif Abdullayev rayon vətəndaşları ilə görüşdən yayınır, bu və digər məsələ ilə bağlı şikayəti olan sakinləri qəbul etməkdən boyun qaçırır. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının xeyli müddətdir ki, qəbul keçirmədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, sosial problemlər və digər məsələlərlə bağlı Vaqif Abdullayevin qəbuluna gedənlər qapıdan geri qaytarılır. İcra başçısının qəbuldan hər dəfə bir bəhanə ilə yayındığını iddia edən mənbənin sözlərinə görə, Vaqif Abdullayev gah iclasların olduğunu, gah hansısa tədbirin keçirildiyini bildirir: «Deyilənlərə görə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının əvəzinə qəbulları müavinləri keçirir. Onlar isə heç bir problemi həll etmir, vətəndaşları «yola verməklə» məşğul olur. Qeyd edim ki, Vaqif Abdullayev özü icra hakimiyyətinin binasına arxa qapıdan girib-çıxır. İcra başçısı məhz bu yolla vətəndaşlardan kənar gəzməyə, onların gözünə görünməməyə çalışır». Bu arada, icra başçısının qardaşı oğlanlarının bu yaxınlarda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilindikləri üçün istintaqa cəlb olunduğunu bildirən məlumatlı şəxs bildirir ki, hazırda Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində bu iş üzrə dələduzluq nəticəsində külli miqdarda dəymiş ziyanla Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb: «Bakıda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirən dəstə aşkarlanıb. Həmin şəxslər hədə-qorxu və şantajla, bəzən məhkəmələr vasitəsi ilə vətəndaşların əmlaklarını əllərindən alırlar. Bu iş üzrə başladılan cinayət işinə Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu cəlb olunub. Onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçiriblər. Bununla yanaşı, ona avtomobil müqabilində pul vermədikləri halda, 300000 manatlıq kredit müqaviləsini təhdidlə imzalatdırıblar. Ən təəccüblüsü odur ki, kasıb, heç bir maliyyəyə sahib olmayan Sahib Əliyevin adına pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyon manat dəyərində beş müxtəlif əməliyyat həyata keçirib. Məlumata görə, işlər iş adamı kimi tanınan, Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu, «Kral» mebel mağazasının sahibi Yalçın Abdullayevin rəhbərliyi ilə həyata keçirilib. Hazırda istintaq hərəkətləri aparılır». Onu da nəzərinizə çatdıraq ki, icra başçısı Vaqif Abdullayevin himayəsinə arxalandığı üçün öz bildiyini edən Beyləqan Rayon Təhsil Şöbəsinin rəhbəri Xuraman Rüstəmova bu vəzifəyə təyin olunduğu gündən rayonun təhsil sistemində ciddi problemlər baş qaldırıb: «Deyilənlərə görə, Xuraman Rüstəmova Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmaq üçün icra başçısına nə az, nə çox düz 100 min dəfə «təşəkkür» edib. Buna kimi isə o, Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Qeyd olunur ki, Xuraman Rüstəmova Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri postu uğrunda çoxdan bəri mübarizə aparıb və öz istəyinə çatmaq üçün Vaqif Abdullayev tərəfindən irəli sürülən «şərt»lərə sözsüz əməl edib. O da bildirilir ki, keçən həftədən başlayaraq Beyləqan rayonu üzrə məktəblərdə yaşı keçmiş və müqavilə ilə işləyən müəllimələrin sənədləri toplanaraq təhsil idarəsinə gətirilib. Aparılan araşdırma zamanı məlum olub ki, yaşı keçmiş müəllimlər arasında 3 direktor, 2 direktor müavini mövcuddur. Bununla yanaşı, Beyləqan məktəblərində 200-dən çox müqavilə ilə işləyən müəllim olduğu aydınlaşıb. Deyilənlərə görə, rayon təhsil şöbəsinin müdiri direktorların hər birindən işlərində qalması üçün 3000 manat, müavinlərdən 1000 manat və 200 müəllimin hərəsindən isə 500 manat tələb edərək, onların maneəsiz işləməsinə izin verəcəyini qeyd edib. Bildirilir ki, həmin müəllimlərin şəxsi işləri Beyləqan Rayon Təhsil Şöbəsinin müdirinin stolunun üstündə olduğundan, hazırda rayon müəllimləri təşviş içərisindədir. Deyilənlərə görə, Xuraman Rüstəmova tələb etdiyi pulların cəmi məbləği 111min manat təşkil edir ki, bu da şöbə müdiri keçmək üçün ondan tələb edilən məbləğdən artıqdır». Bu arada, bu ildən etibarən dövlət səviyyəsində pambıqçılığın inkişafına xüsusi diqqət ayrıldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, pambıq əkini artıq «Dövlət proqramı» ilə həyata keçirilir. Məhz elə bu səbəbdən də artıq Mərkəzi-Aran rayonlarında on min hektarlarla pambıq əkilib. Belə rayonlardan biri də Beyləqandır. Beyləqanda təxminən, 4 min hektara yaxın pambığın əkildiyini qeyd edən mənbə bildirir ki, Vaqif Abdullayevin rəhbərlik etdiyi rayonda bu sahədə ciddi problemlər mövcuddur: «Deyilənlərə görə, bütün rayonlar pambıq yığımına başlasa da, Beyləqanda hələ heç bir tərpəniş hiss olunmur. Bildirilir ki, pambıq yığımının başlamamasının əsas səbəbkarı məhz Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. Belə ki, icra başçısının səhlənkarlığı üzündən Beyləqanda pambıq bütün rayonlardan gec əkilib. Görünür, icra başçısının başı digər işlərə qarışdığından pambıq əkmək yadından çıxıb. Halbuki pambıçılıq dövlətimiz üçün hazırda ən önəmli məsələlərdən biridir. Deyilənlərə görə, pambıq əkini üçün lazım olan vəsaiti yerli fermerlərin üzərinə qoyan icra başçısı indi çətin vəziyyədə qalıb. Vaqif Abdullayev kənd icra nümayəndələrinə məcburi pambıq əkdirib ki, bunun da pambıqçılığın inkşafına, məhsuldarlığın artmasına heç bir aidiyyatı yoxdur». Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün Beyləqan rayonundakı mədəniyyət evləri, klublar və kitabxanalar ticarət obyektlərinə çevrilib. Bu barədə əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən mənbə iddia edir ki, Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev ciddi neqativ hallara, nöqsanlara rəvac verir: «İlk öncə məlumat üçün bildirim ki, Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 rayon, Mədəniyyət Mərkəzi, 16 kənd mədəniyyət evi, 18 kənd klubu, 1 Mərkəz, 1 şəhər, 37 kənd kitabxana filialı, 1 yeddiillik uşaq musiqi məktəbi, 1 rayon Tarix-diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev Mərkəzi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Rayon ərazisində 1 dünya əhəmiyyətli arxeoloji abidə, 8 ölkə və 1 yerli əhəmiyyətli daşınmaz və tarixi abidə qeydə alınmışdır ki, bu abidələr 3 abidə mühafizəçisi tərəfindən mühafizə olunur. Deyilənlərə görə, son illər dövlət büdcəsindən Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin yetərli hissəsi təyinatı üzrə xərclənməyib. Belə ki, şöbə müdiri kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri işlərini heç bir tender keçirmədən özünə yaxın olan şirkətlərə həvalə edir. Məhz elə bu səbəbdən də rayondakı mədəniyyət evlərinin və klubların əksəriyyəti baxımsızlıqdan yaman günə düşüb. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, icra başçısı Vaqif Abdullayevin nöqsanlı fəaliyyəti rayonu uçuruma aparır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
|