Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yerli istehsala mane olur - İTTİHAM VAR
Tarix: 24-09-2016, 10:26 | Çap et
Ölkə başçısının daxili siyasətinə dəstək olaraq yeni iş yerlərinin yaradılması və yerli məhsulların genişləndirilməsi məqsədilə 2002-ci ildə təsis edilən, əvvəlki adı «BİRLİK» Məhdud Məsuliyyətli Cəmiyyət olan «NKM Company» MMC bu gün Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən haqsız təzyiqlərə, qərəzli münasibətə məruz qalır. Belə ki, mövzu ilə bağlı Gundelik-Baku.com-un əldə etdiyi bilgilərdə deyilir ki, SMPDK adıçəkilən şirkətin normal fəaliyyət göstərməsinə mane olmaqla bir növ ölkədə sahibkarlığın inkişafı ilə bağlı görülən tədbirləri, dövlət islaatlarını əngəlləyir. «NKM Company» MMC-nin əmtəə nişanının ləğv edilməsi üçün heç bir tutarlı səbəb, yetərli fakt və sənəd-sübutlar yoxdur Xatırlayırsınızsa, ötən saylarımızın birində bununla bağlı məlumat verərkən qeyd etmişdik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası dünya standartlarına uyğun geniş çeşiddə və müxtəlif ölçüdə 450/750V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 300/500V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 0,6/1kv izolə olunmuş alçaq gərginlikli kabellərin istehsalı ilə məşğul olan «NKM Company» MMC-nin ətməə nişanını ləğv etməyə çalışır. Halbuki həmin ətməə nişanı məhz SMPDK tərəfindən verilib. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin baş direktoru Ramiz Həsənovun və qurumun patent şöbəsinin müdiri M.M.Seyidovun, həmçinin dövlət reyestri sektorunun müdiri E.O.Məmmədovanın imzası ilə 2008-ci ilin 7 oktyabr tarixində əvvəlki adı «BİRLİK» Məhdud Məsuliyyətli Cəmiyyət olan «NKM Company» MMC-yə müvafiq əmtəə nişanı verilib. Həmin sənədə əsasən 10 il müddətinə, yəni 2018-ci ilin 7 oktyabr tarixin qədər olan dövr üçün «Ünal Kablo» əmtəə nişanı alınıb. Yəni əmtəə nişanı 09-cu sinif – kabel, 35-ci sinif – reklam, biznes sahəsində menecment (malların satışı üzrə xidmətlər), 39-cu sinif – malların qablaşdırılması və anbarda saxlanılması xidmətləri üçün qeydiyyata alınıb. Həmçinin N2008 1397 nömrəli sözügedən sənəddə qeyd olunur ki, əmtəə nişanında «Kablo» sözü müstəqil hüquqi mühafizə obyekti deyil. Lakin buna baxmayaraq, Ortaköy Sanayi Bulvarı, 7. Sokak No:1, Ortaköy, Silivri İstanbul (Türkiyə) ünvanında qeydiyyatda olan «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti 13 aprel 2016-cı il tarixdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının sədrinə ünvanladığı iddia ərizəsində adıçəkilən qurum tərəfindən əvvəlki adı «BİRLİK» Məhdud Məsuliyyətli Cəmiyyət olan, lakin 15 aprel 2013-cü il tarixdə adı «NKM Company» MMC-yə verilən N2008 1397 nömrəli sənədin, yəni Azərbaycanda «BİRLİK» MMC-nin adına qeydiyyata alınmış «Ünal Kablo» əmtəə nişanının qeydiyyatına vaxtından əvvəl xitam verilməsini xahiş edib. Məsələnin maraqlı tərəfi ondadır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 24.08.2016-cı il tarixli qərarı ilə adıçəkilən qurumun özü tərəfindən MMC-yə verilmiş əmtəə nişanı ləğv edilib. Nəzərinizə çatdıraq ki, bununla bağlı məlumat «NKM Company» MMC-yə təxminən, bir ay sonra, daha dəqiq desək, 15.09.2016-cı il tarixdə verilib. Bu isə şirkət rəhbərliyi tərəfindən qanunazidd addım kimi dəyərləndirilir. Çünki məhz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə «Uyğunluq Sertifikatı»na və TSE sertifikatına layiq görülən «NKM Company» MMC-nin əmtəə nişanının ləğv edilməsi üçün heç bir tutarlı səbəb, yetərli fakt və sənəd-sübutlar yoxdur. MMC əmtəə bazarına daha keyfiyyətli, o cümlədən xaricdə istehsal olunan mallara nisbətən daha ucuz qiymətə məhsullar təqdim edir Yeri gəlmişkən məlumat üçün nəzərinizə çatdıraq ki, «NKM Company» MMC Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsindən qeydiyyatdan keçərək vergi ödəyicisi, o cümlədən ƏDV ödəyicisi kimi fəaliyyət göstərir. Ölkənin müxtəlif tikinti şirkətləri ilə müvafiq müqavilələrə əsasən istehsal etdiyi məhsulları satışa çıxarıb və qanunlara riayət edən bir müəssisə kimi tanınmaqdadır. Ümumiyyətlə, «NKM Company» MMC bu illər ərzində əmtəə bazarına daha keyfiyyətli, o cümlədən xaricdə istehsal olunan mallara nisbətən daha ucuz qiymətə məhsullar təqdim edir, quraşdırılmasına və təhlükəsizliyinə zəmanət verir. Qeyd edək ki, yüksək keyfiyyəti özünə prinsip seçən «NKM Company» MMC istehsal etdiyi malları daxili əmtəə bazarından başqa qonşu Gürcüstana da ixrac edir. Şirkət öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standartlara uyğundur. MMC-nin istehsal etdiyi məhsullar ölkədə inşa edilən mühüm strateji və dövlət səviyyəli tikinti obyektlərində, habelə qapalı tipli idarələrin obyektlərində istifadə edilib və hazırda da edilməkdədir. «Ünal Kablo Sanayi ve Ticaret Limited» müxtəlif yollara baş vuraraq «NKM Company» MMC-nin fəaliyyətinə xələl gətirmək istəyir Beləliklə, «NKM Company» MMC 2008-ci ilin 7 oktyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən əmtəə nişanına əsasən «Ünal Kablo» adı altında istehsal etdiyi daha ucuz və daha keyfiyyətli məhsulların ölkə ərazisində tanıdılmasına nail olub. Lakin bütün baxmayaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən «NKM Company» MMC-nin işinə maneçilik törədilir. Belə ki, Ramiz Həsənovun rəhbərlik etdiyi qurum «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin 13 aprel 2016-cı il tarixli iddia ərizəsinə əsasən «NKM Company» MMC-yə məhz özü tərəfindən verilən əmtəə nişanını ləğv edib. Qeyd edək ki, «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti həmin iddia ərizəsində bildirib ki, guya 2005-2015-ci illər ərzində Azərbaycana «Ünal Kablo» adı ilə məhsullar ixrac edib. Lakin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının bütün məhkəmə iclaslarında iddia ərizəsinə baxılaraq heç bir gömrük bəyannaməsi və ya qaimə-fakturalar təqdim edilməyib. Buna rəğmən, ümumi məlumatlar əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası 24 avqust 2016-cı il tarixli 160117201710 saylı qərarı ilə «NKM Company» MMC-nin adına məhz Ramiz Həsənovun rəhbərlik etdiyi qurum tərəfindən verilmiş 20081397 nömrəli «Ünal Kablo» əmtəə nişanının qeydiyyatına vaxtından əvvəl xitam verib və onu etibarsız sayıb. Buradan da belə qənaətə gəlmək olar ki, faktiki olaraq Azərbaycan Respublikası ərazisində istehsala malik olmayan bir xarici şirkət – «Ünal Kablo Sanayi ve Ticaret Limited» müxtəlif yollara baş vuraraq, daha doğrusu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası ilə «dil taparaq» «NKM Company» MMC-nin fəaliyyətinə xələl gətirmək istəyir və Beynəlxalq Paris Konvensiyasının maddələrini əsas tutaraq adıçəkilən MMC-nin fəaliyyət göstərməsini məhdudlaşdırır. Halbuki yerli şirkət olan «NKM Company» MMC müxtəlif dövrlər ərzində orta hesabla 60 nəfər Azərbaycan vətəndaşını işə cəlb edib, onlara lazım olan əmək şəraiti yaradıb. Bir sözlə, sözügedən MMC-dən azı 60 ailə öz dolanışığını təmin edir. Ağaəli Səfərəliyevin rəhbərlik etdiyi «Akfa Elektrik» MMC saxta mal istehsal edib «Ünal Kablo» adı altında məhsulların satışını təşkil edir Bu arada, Gundelik-Baku.com-un əldə etdiyi məlumatlarda həmçinin, o da qeyd olunur ki, son zamanlar «Ünal Kablo» əmtəə nişanı olmayan bəzi mini zavodlar bu ad altında qanunsuz istehsalla məşğul olaraq bazara çıxıblar. Bu isə o deməkdir ki, həmin «müəssisələr» «NKM Company» MMC-nin əmtəə nişanı altında malları uyğunlaşdıraraq satışla məşğuldurlar. Deyilənlərə görə, bu kimi «istehsalçıların» havadarları «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin «təmsilçisi», Azərbaycan Respublikasının vətəndaşı Ağaəli Səfərəliyev və onun rəhbərlik etdiyi «Akfa Elektrik» MMC-dir. Bildirilir ki, məhz bu MMC burada saxta mal istehsal edib Türkiyə «Ünal Kablo» adı altında məhsulların satışını təşkil edir. «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti «Akfa Elektrik» MMC-yə distributorluğu cəmin bir neçə saatlığına verib Məsələnin maraqlı tərəfi ondadır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 20.02.2015-ci il tarixdə «Akfa Elektrik» MMC-yə verilən uyğunluq sertifikatında istehsalçı kimi «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti deyil, Malaziyanın «Top Glove Sdn Bhd» şirkəti göstərilib. Hələ bu, harasıdır. «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti ilə Ağaəli Səfərəliyevin rəhbərlik etdiyi «Akfa Elektrik» MMC arasında bağlanan distributorluq müqaviləsinə nəzər saldıqda orada çox ciddi qanun pozuntularına yol verildiyini müəyyənləşdirmək mümkündür. Məsələn, adıçəkilən müəssisələr arasında bağlanan müqavilənin etibarlılıq müddəti 30.04.2009-cu ildən elə 30.04.2009-cu ilədək qeyd olunub. Belə çıxır ki, «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti «Akfa Elektrik» MMC-yə distributorluğu cəmin bir neçə saatlığına verib. «Ünal Kablo Sanayi ve Ticaret Limited»in malları «NKM Company» MMC-nin məhsullarına nisbətən xeyli baha başa gəlir Xülasə, bütün bunlar onu deməyə əsas verir ki, «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin mallarından daha ucuz və daha keyfiyyətli məhsullar istehsal edən «NKM Company» MMC-nin əmtəə nişanı bəzi şəxslərin diqtəsindən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası tərəfindən ləğv edilib. Nəzərinizə çatdıraq ki, «Ünal Kablo Sanayi ve Ticaret Limited» məhsullarını xaricdə istehsal edir və elə bu səbəbdən də həmin şirkətin malları «NKM Company» MMC-nin məhsullarına nisbətən xeyli baha başa gəlir. Məhz elə bu səbəbdən də Azərbaycan vətəndaşları daha ucuz və yüksək keyfiyyətli yeri məhsulu xarici maldan üstün tutur. Görünür, bu, «Ünal Kablo Sanayi ve Ticaret Limited»in maraqlarına cavab vermədiyindən şirkət bir sıra yollara baş vurmaqla «NKM Company» MMC-nin əmtəə nişanının ləğv edilməsinə nail olub. Mövzu ilə bağlı kiçik araşdırma apardıqda bəlli olur ki, «Ünal Kablo Sanayi ve Ticaret Limited»in məhsulları daşınma, işçi, anbar saxlama və satıcı tutmaq, həmçinin yenidən Azərbaycan ərazisində eynilə bu prosedurların təkrarlanması baxımandan yerli şirkət olan «NKM Company» MMC-nin məhsulları ilə müqayisədə qat-qat bahadır. Bütün bunlara rəğmən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası 24.08.2016-cı il tarixli qərarı ilə, yəni «NKM Company» MMC-nin əmtəə nişanını ləğv etməklə bilavasitə yerli istehsala mane olduğunu, yerli sahibkarların normal şəkildə fəaliyyət göstərmələrinə imkan vermədiyini, o cümlədən komitə sədri Ramiz Həsənovun adıçəkilən MMC-yə əmtəə nişanı verməklə qanun pozuntusuna yol verdiyini təsdiqləmiş oldu. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
|