"Gəncə-Şərab 2” bizi necə kefləndirir... - İDDİA
Tarix: 5-10-2016, 08:49 | Çap et
Hazirda respublikamızda spirtli içkilərin istehsalı ilə məşğul olan bir neçə müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin zaman-zaman qanunsuz fəaliyyəti barədə qeyd olunanlar ölkənin aidiyyatı qurumları tərəfindən də təsdiqini tapmışdır. Lakin görülən tədbirlər, kəsilmiş cəzalar şərab zavodlarının fəaliyyətində heç bir müsbət dəyişikliyə səbəb olmamaqla onların qanunsuz fəaliyyətinin qarşısını almamışdır. Respublikada spirtli içkilərin istehsalının geniş yayıldığı bir zamanda insanların sağlamlığı da təhlükə altına düşməkdədir. Təkcə Gəncə-Şərab 2-nin hər ay istehsal etdiyi 1 milyona yaxın araq və digər spirtli içkilərin tərkibinin də standartlara cavab vermədiyi hamıya gün kimi aydındır. Lakin aidiyyatı qurumların laqeyd münasibəti insanların sağlamlıqlarını təhlükə altına atmaq kimi problemlərin yaranmasına səbəb olub. Aparılan araşdırmalar göstərir ki, son aylarda istehsal gücünü artıran Gəncə-Şərab 2 zavodunda bütün normativlər pozulur. Təkcə "Zolatoy kalцo” adı altında istehsal edilən araqların tərkibi daha böyük təhlükədən xəbər verir. Məsələ ilə bağlı müraciət etdiyimiz mütəxəssislərin fikirlərindən də belə qənaətə gəlmək olur ki, "Zolatoy kalцo” araqları insan həyatı üçün ən böyük təhlükədir. Əvvəllər bu sahədə çalışmış Mehrəli Qurbanovun dedikləri də araşdırmalarımızın nəticələrini təsdiq etməkdədir. M. Qurbanovun : " Hazırda ölkədə spirtli içkilərin istehsalı ilə məşğul olan müəssisələrdə ciddi qanun pozuntuları var. Lakin nəzarət mexanizminə malik dövlət qurumlarının şərab zavodları ilə işbirliyində çalışmaları bir sıra problemlərin yaranmasında mühüm amilə çevrilib. Bu mənada Gəncə-Şərab 2 zavodunun istehsal etdiyi araqların standartlara cavab verdiyi söylənənlərə inanmaq gülünc görünür. Əslində 4 ya 5 manata satılan araqların standartlara uyğun olmasından danışmaq ağılsızlıq olar. Həm spirtin həm də, ona qatılan suyun tərkibinə nəzər yetirsələr görəcəklər ki, vətəndaşlarımıza satılan bu araqlar nə qədər xəstəliyin mənbəyidir” kimi ifadə etdiyi fikirlər araşdırmalarımızı bir daha təsdiq edir. Uzun illərdir ki, fəaliyyət göstərən "Gəncə-Şərab 2”-nin qanunsuz fəaliyyəti təkcə bununla bitmir. Hər ay istehsal etdiyi araq, şərab və digər məhsulları ölkənin hər yerində satışa çıxaran zavod rəhbərliyi ölkə qanunlarına hörmətsizliyi ilə diqqət çəkir. Zavodda istehsal olunan spirtli içkilərin şüşələrinin üzərinə ancaq rus əlfbası və sözləri ilə bəzəyən zavod direktoru Namiq bəy və onun əlaltıları doğma əlifbamızdan istifadəyə sanki qadağa qoyublar. Əslində isə qanunla ölkədə istehsal olunan məhsulların üzərinə doğma dillə və əlifba ilə də məhsulun adı yazılmalıdır. Lakin hazırda zavodda istehsal olunan "Skret”, "Banketnaya”, "Zolatoy kalцo” araq şüşələrinə nəzər yetirəndə görürük ki, nəinki məhsulun adı, eləcə də digər yazılar da rus dilində yazılmaqla yanaşı doğma dilimizə ümumiyyətlə müraciət olunmamışdır. Məsələ ilə bağlı müraciət etdiyimiz Standartlaşdırma, Metrologiya və Patent üzrə agentliyin Gəncə Ərazi İdarəsindən bildirdilər ki, ölkədə istehsal olunan məhsulların üzərinə adlar mütləq doğma dilimizdə də yazılmalıdır: "Gəncə-şərab 2-də istehsal olunan araq şüşələrinin üzərində bu qeydlərin aparılmamasından xəbərimiz var və tezliklə bu nöqsan aradan qaldırılacaq”. Xatırladım ki, "Zolatoy kalцo” araqları 3 ildən artıqdır ki, bu cür istehsal olunur. "Gəncə-Şərab 2”-də hər ay 1 milyona yaxın araq istehsal olunr. Lakin bu rəqəm həm vergidən, həm də ki, digər aidiyyatı qurumlardan gizlədilir. Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər İdarəsinə Bəylər Eyyubovun qardaşı oğlu Şahin Eyyubovun rəis təyin olunmasından sonra "Gəncə-Şərab 2”-nin rəhbərliyinin işləri daha da yaxşı gedir. Belə ki, Şahin Eyyubovla işbirliyinə girən zavodun rəhbəri Namiq bəy istehsal olunan məhsulların sayını gizlətməyə və nəticədə dövləti aldatmağa müvəffəq olur. Nəzərə alsaq ki, hər ay 500 minə yaxın içki sənədlərdə göstərilmir, onda dövlətə dəyən ziyanı hesablamaq çətin deyil. Namiq-Şahin cütlüyünün həyata keçirdikləri saxtakarlıq nəticəsində dövlətə dəyən ziyan milyonlarla dəyərləndirilir. Dövlət vergisini yığmağa borclu olan Şahin Eyyubovun Gəncədəki müəssisələrlə bu cür işbirliyində olması digər rəsmi qurumları da çətinə salmaqdadır. Təsadüfü deyil ki, Standartlaşma, Metrologiya və Patent üzrə agentliyin Gəncə Ərazi idarəsinə də verilən yalançı rəqəmlər dövlətə küllü-miqdarda ziyan vurmaqdadır. Onu da qeyd edək ki, uzun illərdir fəaliyyət göstərən müəsisədə istehsal olunan spirtli içkilərin insanların sağlamlığına yaratdığı təhlükələrdən bəhs edən məktublarda araşdırılması vacib olan faktlar çoxluq təşkil edir. Lakin biz məktubda "...burda istehsal olunan spirtli içkilərə dərman qatılır. Istehsal zamanı bir sıra qüsurlara yol verilir ki, bu da insan sağlamlığına ən böyük təhlükə yaradan xəstəliklərə səbəb olur. Müəsisədə istehsal olunan araqların istifadəsi zamanı insan orqanizminin mədə-bağırsaq, beyin, qaraciyər və digər orqanlarını zədələnməsi danılmazdır” kimi fikirlərə aydınlıq gətirməyə çalışdıq. Məsələ ilə bağlı Standartlaşdırma, Meterologiya və Patent üzrə agentliyin Gəncə Ərazi İdarəsindən sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildiriblər ki, istehsal olunan spirtli içkilərin sayının gizlədilməsi faktları araşdırılacaq və bundan sonra geniş məlumat veriləcək. Baş verənlərlə bağlı "Gəncə-Şərab 2”-də olduq. Müəssisədə yuxarıda qeyd etdiyimiz faktlara münasibət bildirməkdən boyun qaçıran zavod rəsmiləri qanunsuz əməllərini gizlətməyə də cəhd göstərdilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
|