Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                 

“İlin ən yaxşı müəllimi” nazirə məktub yazdı - İttiham dolu MƏTN
Tarix: 5-08-2017, 14:11 | Çap et
“İlin ən yaxşı müəllimi” nazirə məktub yazdı
Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri Zaur Ələkbərov Təhsil naziri Mikayıl Cabbarova “Açıq Məktub”la müraciət edib. “AzPolitika”nın elektron poçtuna daxil olmuş məktubu, aktuallığını nəzərə alaraq, təqdim edirik:

“Hörmətli Cənab Nazir!
Mən – Ələkbərov Zaur Zakir oğlu Xocalı şəhərində anadan olmuşam. Məlum faciə zamanı yaxın qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik, anam yaralanıb, əsir düşənlərimiz olub və çoxundan hələ də bugünkü günə qədər xəbər yoxdur. Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı. Döyüşlərin birində yaralansa da, bir müddət sonra mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdırıldıq. Göytəpə şəhər 1 №-li tam orta məktəbi bitirdikdən sonra 1996-cı ildə ADPU-nun Tarix fakültəsinə daxil olmuşam. 2000–ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım Cəlilabad rayonuna, özüm isə hərbi xidmətə yollanmışam. Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005-ci ildə Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında nüfuzum, əhali arasında hörmətim nəzərə alınaraq, Göytəpə şəhər ağsaqqallar şurasının təklifi ilə Göytəpə şəhər ərazi nümayəndəliyi tərəfindən mənə “Göytəpə şəhərinin Fəxri sakini” statusu verilmişdir. 2012-2013-cü illərdə “Mədəd Azərbaycan” MMC–nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub bölgəsi və Biləsuvar rayonu üzrə əlaqələndirici-koordinatoru olmuşam. 2014-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad rayonunda elektron lövhəsi olan yeganə məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəlliməm. Ailəliyəm, 3 qızım var. 2-ci qrup Qarabağ əlili olan valideynlərimlə birlikdə yaşayıram.

Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı, bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir, əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ illər öncə dövlət müəssisələrindən birində Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu–sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi…

trend_mikayil_cabbarov_281114

Heç kimə sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf şarait yaradılsa da, həmin qurumun rəhbərinin vicdanı olmasa orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqısı deyil, gəliri maraqlandırır.
Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti ilə “Mədəd Azərbaycan” təşkilatında tanış olmuşam. Yüksək mədəniyyət və intellektual insanların birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı, dəyər verməyi görmüşəm. O zaman təhsildə şəffaf olan yalnız bu cür təşkilatların fəaliyyəti idi.

Hörmətli Cənab Nazir!
Cənab Prezident Sizi təhsil naziri təyin etdikdən sonra, təhsilimizdə müsbətə doğru xeyli dəyişikliklər oldu. Gələcəyimizə ümidimiz artdı. Aparılmış islahatlar nəticəsində Bakı şəhərində birinci sinfə qəbul, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu, direktorların müsabiqəsi, Regional Maliyyə İdarələrinin yaradılması və s. işləri hər kəs tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşlarımızın rahatlığı üçün hər cür şərait yaradılır. Məhz sizin şəffaf idarəçiliyinizin sayəsində “İlin ən yaxşı müəllimi” müsabiqəsində qaliblərdən biri olmuşam. İlin müəllimlərinə Cənab Prezidentin Sərəncamı ilə verilən 5000 manat pul mükafatını gec aldığıma görə məndən çox nazirlikdən tez-tez zəng edən xanımın narahatçılığı insanı heyran etməyə bilmirdi. Keçən il direktorların müsabiqəsində qalib olub, müəyyən səbəbdən müsahibə mərhələsinə gəlmədiyim üçün də eyni vəziyyət yaranmışdı. Zəng edən nazirlik işçisi səbəbini tam aydınlaşdırmamış və imtina məktubu almamış əlaqəni kəsməmişdi. Sizin gəlişiniz regionlarda hər kəsin ümidini artırmışdı. İnanırdıq ki, artıq “bazarkomu” xatırladan təhsil rəhbərlərindən canımızı qurtaracaqsınız. Doğrusu, düşünürdük ki, bu qədər müsbətə doğru iş gördüyünüz halda, əziyyətinizə qiymət verməyərək təhsilin vəziyyətini bərbad hala salan Elminaz Nadirova kimilər işdən uzaqlaşdırılacaq və ya belə şəxslər rəhbərlikdə vəzifə tutmağa cəsarət etməyəcəklər.

Hörmətli Cənab Nazir!
Mətbuatdan oxuduğuma görə Elminaz Nadirova əvvəllər işlədiyi şəhər 7 nömrəli məktəbdə yol verdiyi qüsurlara görə töhmət alıb və sonra RTŞ müdiri təyin olunub. Cəlilabad rayon təhsilində, yaxından tanımasam da Hafiz Cavadov, Nadir Babayev, Ərəstun Hüseynov kimi savadlı kadrlar var. Onlardan kimisə bu vəzifəyə qoyulmaması bir yana, Elminaz Nadirovanın onlara rəhbər təyin edilməsini ironiya kimi qəbul etməmək olmur. Buradakı bu cür təyinat istər-istəməz bütün məktəblərə də təsir göstərir. İşlədiyim V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə ixtisasca geoloq olan səriştəsiz birinin, sonra isə ixtisasını bilməyən, danışıq qabiliyyəti olmayan digər birinin “nəyinsə” müqabilində direktor təyin olunması bir daha sübut edir ki, burada təhsildən başqa hər şey düşünülür. Digər bir problem: bu cür insanların rəhbərliyində məktəbə verilən invertarların miqdarı və dəyəri qat-qat şişirdilir, məktəbdə olan “ölü canlar” çoxalmaqda davam edir. Məktəblərdə adı olub, özü olmayan və məvacib kartları rəhbərlikdə olan işçilər var və bunlar rəsmi statistik məlumatda işləyən kimi gedirlər. Bu səbəbdən Cənab Prezidentimiz İlham Əliyev xalq qarşısında çıxış edərkən, işsizliyin azaldığını deyəndə çox adamlar bunu qəbul etmirlər. Məhz Elminaz Nadirova kimi məmurlarımızın sayəsində Cənab Prezidentimiz pis vəziyyətdə qalır, xalqın hökumətə etimadı azalır.

Cənab Nazir!
Cəlilabad təhsilindəki neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin müraciətlərin araşdırılması üçün, RTŞ–nin özünə göndərilməsi insanlarımızın dövlətə inamını və etimadını azaldır. Halbuki, Cənab Prezidentin 14 oktyabr 2016-cı il tarixli sərəncamında korrupsiya haqqında qanuna dəyişiklik edilərək “Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz” – deyilir.
Şikayətçiləri ya pulla, ya da qorxudaraq şikayətlərindən döndərirlər. Fikrindən dönməyənlərə qarşı qərəzli mövqe tutulur, fürsət düşdükcə əzirlər. Məktəbimizin müəllimlərindən şikayət edən şəxslərdən iki nəfərinin işi hələ də məhkəmədədir. Dövlət nümunəli olmayan sənədlə bağlı heç kim məhkəməyə verilmədiyi və nazirlik bu cür sənədi olanlarla bağlı humanist qərar çıxarmasına baxmayaraq, müəllimlərimizi məhz konstitusion hüququndan istifadə etdiklərinə görə incidirlər. Məktəbimizdə müəllimlərimizin dərs yükü normal olmadığı halda dərslər vakansiyaya çıxarılır. Buna görə etiraz edənlərə isə deyilir ki, nazirin göstərişidir. Əgər belədirsə nəyə görə RTŞ müdirinin himayədarlıq etdiyi və aylıq aldığı digər məktəblərdə vakansiya olduğu halda, gizlədilib vakant verilmir….

Hörmətli Cənab Nazir!
Cəlilabad təhsilinin bərbad vəziyyətə düşməsi haqqında əlimdə kifayyət qədər faktlar var. Bunları Sizinlə görüşsəm, açıqlayacam.
Müraciət etməkdə heç bir şəxsi qərəzim, xeyrim yoxdur və bunları təhsilimizin düzəlməsi üçün, şagirdlərimizin pulsuz (repetitorsuz) təhsil alması, neqativlərin aradan qaldırılması üçün edirəm. Əksinə, direktorluq müsabiqəsində iştirak etdiyim bir dönəmdə bu müraciətin mənim üçün zərərli ola biləcəyini düşünüb, məni bu müraciətimdən çəkindirmək istəyən insanlar belə oldu. Lakin mən vəzifəyə görə neqativlərə göz yuma bilmərəm və düşünürəm ki, ən yaxşı vəzifə neqativlərə biganə qalmamaq, dövlətinə və onun Prezidentinə xidmət etməkdir. İnanıram ki, təhsilimizi bərbad vəziyyətə salan şəxslər haqqında ölçü götürəcəksiniz.

Hörmətlə, Zaur Ələkbərov”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru